Ermənistan və İranın Azərbaycana qarşı növbəti özbaşınalığı
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın vitse-prezidenti Həmid Purməhəmmədinin iştirakı ilə Azərbaycanın İrəvandakı qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adı verilib.
Bakıvaxtı.az xəbər verir ki, eyni zamanda Göy Məsciddə fars şairi Firdovsinin "Şahnamə" əsərinin erməni dilinə tərcüməsinin təqdimatı baş tutub.
Yaxın zamanlarda zala erməni şairin büstünün də qoyulması nəzərdə tutulur.
Qeyd edək ki, Göy Məscid qədim Azərbaycan memarlığının və İslam mədəniyyətinin ən nadir dini-tarixi abidələrindən biri sayılır. Göy Məscid (Hüseynəli xan məscidi) İrəvan şəhərində yerləşən tarixi məsciddir. Tikintisinə 1760-cı ildə başlanılan məscid 1764-cü ildə Azərbaycan xanı Hüseynəli xan Qacarın (1762–1783) dövründə tamamlanıb və onun şərəfinə adlandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Noyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















