Icma.az
close
up
RU
Bakıda kirayə bazarı: süni bahalaşma yoxsa real səbəblər?

Bakıda kirayə bazarı: süni bahalaşma yoxsa real səbəblər?

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bakıda kirayə mənzil qiymətləri son aylarda artıb və paytaxtın demək olar bütün rayonlarında bahalaşma qeydə alınıb.

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Taleh Şirəliyev bildirib ki, kirayə bazarında artım bütün rayonları əhatə edir və orta qiymətlər artıq bir çox ərazilərdə 700-1000 manat intervalına çatıb.

"Bu artımın həm real iqtisadi səbəblərlə, həm də bazarın qeyri-tənzimlənməsi ilə bağlıdır. Araşdırmaya görə, paytaxtın mərkəzi rayonlarında kirayə qiymətləri daha yüksəkdir. Nəsimi rayonunda yeni tikili mənzillərin kirayəsi təxminən 1000 manat, köhnə tikililərdə isə 700 manat civarındadır. Səbail rayonunda yeni tikililərdə qiymətlər 1400 manata qədər yüksəlir. Yasamal rayonunda isə yeni tikililərdə kirayə 700-705 manat, köhnə binalarda isə 550 manat təşkil edir. Orta qiymət seqmentinə daxil olan rayonlarda da artım müşahidə olunur. Nərimanov rayonunda yeni tikililərdə kirayə 800-810 manat, köhnə tikililərdə 600 manatdır. Xətai rayonunda bu göstəricilər müvafiq olaraq 800 və 550 manat, Nizami rayonunda isə 700 və 550 manat səviyyəsindədir".

T.Şirəliyev qeyd edib ki, nisbətən ucuz hesab olunan rayonlarda belə qiymətlər əvvəlki illərlə müqayisədə yüksəlib.

"Binəqədi rayonunda yeni tikililərdə kirayə 650 manat, köhnə binalarda 500 manatdır. Sabunçu və Suraxanı rayonlarında yeni tikililərdə qiymətlər 550 manat ətrafında, köhnə tikililərdə isə 400-450 manat arasında dəyişir. Qaradağ rayonunda kirayə qiymətləri yeni tikililərdə 400 manat, köhnə tikililərdə isə 300 manat civarındadır. Ən ucuz kirayə mənzillər əsasən şəhərdən kənar ərazilərdə yerləşir. Xəzər rayonunda yeni tikililərdə kirayə 450 manat, köhnə binalarda 300 manatdır. Pirallahı rayonunda isə qiymətlər müvafiq olaraq 300 və 250 manat təşkil edir".

Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəbi bazarda tələbin təklifi üstələməsidir.

"Paytaxta miqrasiya, tələbələrin kirayə bazarına daxil olması və mənzil alma imkanlarının məhdudlaşması kirayəyə olan tələbi artırır. Bununla yanaşı, satış bazarında qiymətlərin bahalaşması da kirayəyə birbaşa təsir göstərir və ev sahibləri xərclərini kompensasiya etmək üçün qiymətləri yüksəldir. Eyni zamanda,təmir və kommunal xərclərin artması da kirayə qiymətlərinə təsir edən amillər sırasındadır. Mənzillərin investisiya vasitəsinə çevrilməsi isə bazarda qiymətlərin daha yüksək müəyyənləşdirilməsinə gətirib çıxarır".

T.Şirəliyev bildirib ki, bazarda qismən süni qiymət artımı da mövcuddur.

"Kirayə bazarının tam tənzimlənməməsi, müqaviləsiz icarə hallarının geniş yayılması və vahid qiymət mexanizminin olmaması bəzi hallarda qiymətlərin əsassız şəkildə şişirdilməsinə şərait yaradır.Ümumilikdə isə müşahidələr göstərir ki, Bakıda kirayə bazarında bahalaşma əsasən real iqtisadi və demoqrafik səbəblərlə bağlıdır, lakin qeyri-rəsmi bazar münasibətləri bu artımı daha da sürətləndirir", - deyə o qeyd edib.

Ayxan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Aprel 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri