Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Bakıda kirayə qiymətlərində şok artım iki dəfə bahalaşma...

Bakıda kirayə qiymətlərində şok artım iki dəfə bahalaşma...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda kirayə bazarında son illərdə müşahidə olunan bahalaşma artıq yeni mərhələyə keçib. Orta (median) aylıq kirayə haqqının 1000 manatı keçməsi bunu açıq şəkildə göstərir. Əslində bu göstərici bir neçə il əvvəlki vəziyyətlə müqayisədə ciddi artım deməkdir. Belə ki, təxminən 2020-2021-ci illərdə Bakıda orta kirayə haqqı daha çox 400-600 manat aralığında dəyişirdi. Sonrakı illərdə mərhələli artım baş verdi. Əvvəl 700-800 manat səviyyəsinə qalxdı, daha sonra 900 manata yaxınlaşdı və nəhayət 1000 manat həddini keçdi. Yəni bazarda cəmi 3-4 il ərzində təxminən iki dəfəyə yaxın bahalaşma müşahidə olunub.

Bu artımın arxasında ilk növbədə sadə iqtisadi prinsip dayanır: tələb təklifi üstələyir. Bakıya regionlardan köç davam edir, eyni zamanda tələbələrin, gənc ailələrin və yeni işə başlayanların sayı artır. Bu qrupların əksəriyyəti mənzil almaq imkanına malik olmadığından kirayə bazarına yönəlir. Amma bazarda kirayə üçün real təklif bu artıma uyğun genişlənmir. Yeni tikilən binaların çoxu ya yüksək qiymət segmentinə aiddir, ya da ümumiyyətlə kirayə üçün deyil, satış üçün nəzərdə tutulur. Nəticədə bazarda mövcud mənzillərə düşən yük artır və qiymətlər yüksəlir.

Digər tərəfdən, tikinti sektorunda xərclərin artması da bu prosesi sürətləndirir. Son illərdə tikinti materialları, xüsusilə də idxaldan asılı olan məhsullar bahalaşıb. Eyni zamanda işçi qüvvəsinin qiyməti və torpaq sahələrinin dəyəri də yüksəlib. Bu isə yeni tikilən mənzillərin maya dəyərini artırır. Nəticədə həmin mənzillər bazara daha yüksək qiymətlə çıxarılır və bu, həm satış, həm də kirayə seqmentinə ötürülür.
İpoteka bazarı da bu prosesdə mühüm rol oynayır. Kağız üzərində ipoteka imkanları genişlənmiş kimi görünsə də, reallıqda yüksək ilkin ödəniş tələbi və faiz yükü bir çox insan üçün mənzil almağı çətinləşdirir. Bu səbəbdən potensial alıcıların əhəmiyyətli hissəsi kirayə bazarında qalır. Bu isə tələbin sabit və yüksək qalmasına səbəb olur.

Digər vacib məqam əhalinin gəlirləri ilə bağlıdır. Maaşlarda müəyyən artım olsa da, bu artım mənzil və kirayə qiymətlərinin artım tempindən geri qalır. Yəni insanların alıcılıq qabiliyyəti daşınmaz əmlak bazarına çatmır. Nəticədə insanlar daha uzun müddət kirayədə qalır və bu da bazarda sıxlığı artırır.
Son illərdə investisiya məqsədilə mənzil alanların sayının artması da qiymətlərə təsir edir. Bir çox investor mənzili kirayə gəliri üçün alır və qiyməti bazardakı real tələbə yox, əldə etmək istədiyi gəlirə görə müəyyən edir. Məsələn, 150-200 min manatlıq mənzil alan şəxs aylıq 800-1000 manat kirayə tələb etməyə çalışır ki, bu da bazarda ümumi qiymət səviyyəsini yuxarı çəkir.

Bütün bu amilləri birləşdirəndə ortaya belə bir mənzərə çıxır: kirayə bazarında qiymət artımı təkcə bir səbəblə deyil, struktur problemlərlə bağlıdır. Urbanizasiya sürətlənir, amma şəhər infrastrukturu və mənzil təklifi eyni tempdə artmır. Tikinti bahalaşır, amma gəlirlər həmin templə yüksəlmir. İpoteka əlçatan deyil, amma mənzilə ehtiyac artır. Bu ziddiyyətlər kirayə bazarında qiymətlərin davamlı şəkildə yüksəlməsinə gətirib çıxarır.

Qısa və orta müddətdə bu tendensiyanın kəskin şəkildə dəyişməsi çətin görünür. Əgər bazarda yeni, daha əlçatan kirayə mənzillərin sayı artmasa və ya ipoteka mexanizmləri real olaraq genişlənməsə, kirayə qiymətləri yüksək səviyyədə qalmağa davam edəcək. Bu isə əhalinin xərclərinin daha böyük hissəsinin kirayəyə yönəlməsi və real alıcılıq qabiliyyətinin zəifləməsi deməkdir.

Akif Nəsirli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Aprel 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see291

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see285

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see276

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see266

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see256

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see251

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see250

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see243

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see243

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see241

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see231

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see227

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see225

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see225

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see222

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see212

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see206

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see203

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri