Icma.az
close
up
RU
Bakıda kirayə mənzillərin qiyməti hansı səbəbdən artır (ŞƏRH)

Bakıda kirayə mənzillərin qiyməti hansı səbəbdən artır (ŞƏRH)

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Bakıda kirayə mənzillərin qiyməti artıb.

Bu artım ən çox şəhərin mərkəzi hissələrində müşahidə olunur. Xüsusən də şəhərin metrostansiyalarına yaxın ərazilərdə yerləşən kirayə evlərin qiymətləri kəskin artıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Qaynarinfo-ya açıqlamasında şəhərin mərkəz hissəsinə yaxın ərazilərdə yerləşən kirayə evlərin qiymətlərinin artmasını təbii proses hesab edir:

“Ona görə ki, Bakı-240 baş planı mövcudduir. Həmin plana uyğun olaraq Bakı şəhəri ucqarlara doğru genişlənməlidir. Söküntü işləri aparılmalıdır və onların yerlərində yeni binalar tikilməlidir. Yaşıllıqlar salınmalıdır. Bütün bunlar qiymətlərin artımı ilə nəticələnəcək”.

Vüqar Oruc söküntü nəticəsində çoxlu sayda vətəndaşın öz mülkiyyətini itirdiyini diqqətə çatdırıb:

“Yeni binalarda mənzil almaqla bağlı kompensasiya əldə edir, yaxud da birbaşa mənzillə təmin olunurlar. Bu müddət bir dövr olaraq kirayə evlərə müraciət etmək təlabatı yaradır. Həmin insanlar yeni binaların tikintisi dövründə kirayə bazarına müraciət edirlər. Bu da qiymət artımına səbəb olur”.

Vüqar Oruc eyni zamanda bölgələrdən Bakıya hədsiz sayda axın olduğunu və təhsil müəssisələrinin əksəriyyətinin də paytaxtda yerləşdiyini bildirib:

“Bu da kirayə bazarının işləməsinə səbəb olur. Belə olan halda kirayə bazarında qiymətlər niyə artmasın? İkincisi, qlobal bir maliyyə inflyasiyası var. Qiymətlər bütün dünyada artır və bu zaman  insanların pula olan ehtiyacı da artmağa başlayır. Bundan əlavə, dövriyyədə pul artır. İnflyasiya və manatın alıcılıq qabiliyyətində baş  verən dəyişikliklər vətəndaşları son anda məcbur edir ki, onlar bazara əvvəl təklif etdikləri məbləğdən daha artıq təklif etsinlər. Əvvəl 400 manata təklif olunan mənzil indi 500 manata təklif olunur. Əgər mənzillərin qiyməti artırsa, kirayə qiymətləri də qalxır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Aprel 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri