Bakıda köhnə tikililərin sökülərək park salınması çox yaxşı haldır Məşhur memar
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Şəhərsalmada və memarlıqda tarix boyu iki istiqamətdə iş gedib: İnsanların məskunlaşması üçün olan tikililər və bu insanların asudə vaxtlarını keçirməsi üçün, gəzintisi üçün, stress atması üçün park və xiyabanların salınması. Bakı şəhərində də parklara böyük önəm verilir”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış memar Cahid Həsənov deyib.
O bildirib ki, xüsusən son illərdə Bakıda istismar müddəti başa çatmış, köhnəlmiş, sıx 1-2 mərtəbəli tikililərin sökülməsi və yerində parkların salınması çox yaxşı haldır:
“Bir neçə kilometrlik ərazidə yüksəkmərtəbəli binaların arasında yaşıllıq ərazilərin olması mütləqdir ki, təbii havalandırma olsun. Bu baxımdan şəhərdə salınan və bundan sonra salınacaq parklar çox mühüm əhəmiyyət kəsb edir.
Əvvəllər Bakıda gəzinti üçün təkcə Bulvar var idi. İndi isə artıq hər rayonda məhəllə parkları inşa olunur. Bu, ilk olaraq insan amilinə xidmət edir. Şəhərə gələn qonaqların, turistlərin açıq havada istirahəti üçün də parklara ehtiyac vardır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bakıda köhnə tikililərin söküntüsü nə yerdədir? RƏSMİ
20 Yanvar 2025 11:05
BƏƏ rəsmisi: İqlim dəyişiklikləri mövzusunda məhz Bakıda toplaşmaq çox yaxşı haldır
05 Noyabr 2024 13:56
Məşhur aktyor Bakıda
14 Noyabr 2024 22:10
Bakıda yeni park salınır, məşhur şirkətin binaları söküləcək
13 May 2025 15:09
Dünyaca məşhur aşpaz Bakıda
09 Aprel 2025 15:43