Bakıda konsertə hazırlaşan reper cəzalandırıldı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyəli reper Blok3 ləqəbi ilə tanınan Hakan Aydının spirtli və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün aldığı cəza bəlli olub.
Kult.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi İstanbulun Ataşehir rayonunda keçirilən yol yoxlaması zamanı saxlanılıb. Aparılan yoxlama zamanı onun 1,14 promil spirtli olduğu və sürücülük vəsiqəsinin olmadığı müəyyənləşib.
Blok3-ə vəsiqəsiz avtomobil idarə etdiyi üçün 23 min 437 türk lirəsi məbləğində inzibati cərimə tətbiq edilib və idarə etdiyi avtomobil yol hərəkətindən kənarlaşdırılıb. Bundan əlavə, “Yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” maddəsi ilə barəsində araşdırma başladılıb.
Spirtin miqdarının yüksək olması nəzərə alınaraq əvvəlcə 8 ay müddətinə həbs cəzası təyin edilib.
Daha sonra xüsusi məhkəmə proseduruna əsasən cəzaya yarı nisbətində güzəşt tətbiq olunaraq həbs müddəti 4 aya endirilib. Blok3-ün məhkumluğunun olmaması və maddi vəziyyəti nəzərə alınaraq 4 aylıq həbs cəzası 12 min türk lirəsi məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.
Qeyd edək ki, reperin noyabrın 7-də Bakıda konserti gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Oktyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















