Icma.az
close
up
RU
Ağdamda “Konstitusiya və Suverenlik İli” mövzusunda konfrans

Ağdamda “Konstitusiya və Suverenlik İli” mövzusunda konfrans

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bir vaxtlar erməni vandalizminin qurbanına çevrilərək “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılan Ağdam şəhəri işğaldan azad edildikdən sonra sürətlə yenidən qurulur. Ağdam artıq ölkənin sosial-iqtisadi, siyasi həyatına inteqrasiya edərək mötəbər tədbirlərin keçirildiyi məkana çevrilir.

İyulun 15-də Ağdam daha bir konfransa evsahibliyi etdi. Belə ki, “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqi dövlətin təməli” mövzusunda regional konfrans keçirildi.

Konfransdan öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin Ağdam şəhərində ucaldılmış abidəsini ziyarət edərək, dahi rəhbərin əziz xatirəsini ehtiramla andılar. Konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov və digər rəsmilər, həmçinin 10-a yaxın regionun prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirdilər.

Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yalnız infrastrukturla məhdudlaşmır, burada hüquqi dövlətin və konstitusion prinsiplərin bərqərar olunması istiqamətində də mühüm addımlar atılır. Konstitusiya ilə təsbit olunmuş vətəndaş hüquqlarının təmin edilməsi, qanunun aliliyinin qorunması və ictimai institutların fəal iştirakı bölgənin dayanıqlı inkişafı üçün əsas şərt kimi dəyərləndirildi.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov çıxışında bildirdi ki, hüquqi dövlətin təməl prinsiplərindən biri ədalətli və şəffaf istintaq prosesinin təmin edilməsidir. Konstitusiya və suverenlik anlayışları hüquq-mühafizə orqanlarının fəaliyyətində əsas meyarlar kimi çıxış edir və bu çərçivədə cinayətlərin obyektiv araşdırılması, insan hüquq və azadlıqlarının qorunması prokurorluq orqanlarının başlıca vəzifələrindəndir. İşğaldan azad olunmuş ərazilərdə hüquqi mühitin formalaşdırılması isə bu bölgələrdə hüquqi dövlət quruculuğuna ciddi töhfə verir.

Daha sonra çıxış edən Ağdam rayon prokuroru Vasif Süleymanov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Ədliyyə Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru Mətanət Əsgərova, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Mirzəyev və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndəsi Neymət Rüstəmli işğaldan azad olunmuş ərazilərdə hüquqi maarifləndirmə, ictimai nəzarət mexanizmləri və hüquqi dövlət quruculuğunda medianın və vətəndaş cəmiyyətinin rolu kimi aktual məsələlər ətrafında fikirlərini bölüşdülər.

Konfrans çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında əməkdaşlığın gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və hüquqi maarifləndirmə strategiyalarının təkmilləşdirilməsi mövzusunda müzakirələr aparıldı, vətəndaşların hüquqi biliklərinin artırılması və hüquqi informasiyanın operativ və dəqiq şəkildə cəmiyyətə çatdırılmasının vacibliyi xüsusi olaraq vurğulandı.

Sonra “Xalqın adamı” adlı sənədli film nümayiş etdirildi, Ümummilli lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlandı.

Tədbirin sonunda xatirə fotoşəkli çəkildi.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdam

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2025 07:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri