Icma.az
close
up
RU
525 ci qəzet Konstitusiya etno mədəni müxtəlifliyin qarantı kimi

525 ci qəzet Konstitusiya etno mədəni müxtəlifliyin qarantı kimi

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Etnomədəni müxtəliflik cəmiyyətin sosial, mədəni və iqtisadi strukturunu formalaşdıran əsas amillərdəndir. Bu müxtəliflik, hər bir dövlətin tarixindən, coğrafiyasından, dövlət quruluşundan, daxili və xarici siyasətindən qaynaqlanır. Azərbaycan çoxsaylı etnik və dini qrupların bir arada yaşadığı çoxmədəniyyətli bir ölkə olaraq, etnomədəni müxtəlifliyi özünün zəngin sosial bazasının əsas hissəsi hesab edir. Azərbaycan cəmiyyətinin inkişafında, eyni zamanda ölkənin milli kimliyinin formalaşmasında etnomədəni müxtəliflik mühüm rol oynayır. Dövlətin etnomədəni müxtəlifliyinin qorunması, təşviq edilməsi, multikulturalizmi və tolerantlığı artırır. Fərqli etnik və dini azlıqların bir arada yaşaması, qarşılıqlı hörmət və anlayışın yaranmasına gətirib çıxarır, bu da sosial sabitliyi təmin edir. Lakin tarixi prosesdə formalaşan etnomədəni müxtəliflik və onun əsasını təşkil edən etnomədəni dəyərlər dövlət tərəfindən tənzimlənməyəndə və ya düzgün tənzimlənməyəndə ciddi problemlər yaranır, hətta münaqişələrə səbəb olur. Ona görə də etnomədəni müxtəlifliyin düzgün tənzimlənməsi hər bir multikultural dövlət üçün böyük əhəmiyyət kəsb edir. Bunun üçün ən mühüm addım etnomədəni müxtəlifliyin hüquqi təminatlara əsaslanması, yəni dövlətin konstitusiyasında və qanunvericiliyində etnik və mədəni azlıqların bərabər hüquqlarının tanınması, onların mədəniyyətlərinin qorunması və inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır. 

Müasir dövrdə hər bir dövlətin uğuru yalnız iqtisadi və siyasi göstəricilərlə deyil, həm də onun sosial inklüzivliyi, fərqli qruplara olan münasibəti ilə ölçülür. Dövlətlər həm milli qanunvericiliklə, həm də beynəlxalq müqavilələrlə etnik və mədəni azlıqların hüquqlarını qorumağa və onların müxtəlif imtiyazlarını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası da etnik və mədəni azlıqların hüquqlarının qorunmasına xüsusi önəm verir. Dövlətin əsas məqsədi müxtəlif etnik azlıqların mədəniyyətlərini, dillərini, adət-ənənələrini qorumaq, onların hüquqlarını təmin etmək və sosial sabitliyi qorumaqdır. Azərbaycanın müstəqilliyinin bərpa olunmasının ilk illərində etnik və mədəni azlıqların hüquqlarının qorunması istiqamətində mühüm işlər görüldü. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə müxtəlif etnik azlıqların və dini icmaların bir arada yaşaması və bərabər hüquqlara malik olması məqsədilə vacib hüquqi və sosial addımlar atıldı. Bu addımlardan ən önəmlisi 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması idi. Konstitusiyanın qəbulu ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Konstitusiya eyni zamanda etnik və dini azlıqların hüquqlarını qorumaq üçün güclü hüquqi və institusional baza yaratdı. Burada insan və vətəndaş hüquqlarının qorunması ilə bağlı çoxsaylı müddəalar yer alır ki, bunlar etnik və mədəni müxtəlifliyin qorunmasına və təşviqinə yönəldilib. Konstitusiyanın 25-ci maddəsinin 3-cü bəndində göstərilir: “Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Bu bənd dövlətin hər bir vətəndaşı üçün bərabər şəkildə tanınır və dövlət onların qorunmasına zəmanət verir. Bu bənd göstərir ki, bütün insanlar, sosial və hüquqi vəziyyətlərinə görə heç bir ayrı-seçkiliyə məruz qalmamalıdırlar.

Konsitiusiyanın 21-ci maddəsinin 2-ci bəndi qeyd edir ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. 45-ci maddəsi hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüquqlarının olduğunu təsbit edir, vurğulayır ki, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
Nəzərə alsaq ki, hazırda Azərbaycanda kompakt halda yaşayan 30-dan artıq etnik azlıq var və bu azlıqların hər biri öz dillərində sərbəst şəkildə danışırlar. Onların konstitusuiyanın verdiyi hüquqlara əsasən öz dillərində təhsil almaq, radio və televiziyada öz dillərində səslənən proqramları izləmək, ana dilində mütəmadi olaraq kitablar, jurnallar, dərsliklər nəşr etdirmək imkanları var.

44-cü maddədə isə göstərilir ki, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır (bənd 1 ), heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz (bənd 2). Yəni hər bir şəxs öz etnik mənsubiyyətini, dilini, mədəniyyətini və ənənələrini qorumaqda sərbəstdir. Bu hüququn təmin edilməsi, şəxsin öz kimliyini, mədəni dəyərlərini və ənənələrini sərbəst şəkildə yaşatmasına imkan verir. 
Azərbaycan Respublikası Konstitusiyasının etnomədəni müxtəlifliyi qorumaqla bağlı müddəaları yalnız hüquqi təminatlar təqdim etmir, həm də bunun praktiki tətbiqini həyata keçirəcək mexanizmləri təsbit edir. Bunula bağlı dövlətin müvafiq qurumları, etnik və dini azlıqların hüquqlarını təmin etmək üçün müəyyən strukturlar yaradılıb. Bu strukturlar arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xüsusilə önəmli yer tutur. Mərkəz, Azərbaycanın multikulturalizm siyasətinin tətbiqi və bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm bir platformadır. Mərkəz Azərbaycan Respublikasının multikulturalizm siyasətini təbliğ etmək, müxtəlif etnik və dini qrupların hüquqlarını qorumaq, onların mədəniyyətlərini inkişaf etdirmək və bu mövzuda beynəlxalq səviyyədə təcrübə mübadiləsi aparmaq məqsədilə yaradılıb. Azərbaycan Respublikası Konstitusiyasının etnik və dini azlıqların hüquqlarını qorumaqla bağlı müddəalarını təbliğ edir və bu istiqamətdə Azərbaycanda yaşayan etnik və dini azlıqların mədəniyyətlərinin qorunması və inkişafı ilə bağlı mühüm addımlar atır. Eyni zamanda Mədəniyyətlərarası dialoq və əməkdaşlıq məsələlərini gündəmə gətirərək, azsaylı xalqların və dini icmaların mədəni irsinin qorunmasına dəstək verir.

Bu gün Prezident İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətini uğurla davam etdirir, Azərbaycanda etnik və dini müxtəlifliyin qorunmasına xüsusi önəm verir. Hazırda Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovşağında öz nüfuzunu gücləndirməkdədir. İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Prezident hər zaman çıxışlarında multikulturalizmin Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayır: “Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı, Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir”. Bu yanaşma, Azərbaycanın fərqli xalqlar və mədəniyyətlər arasında əlaqələri gücləndirməsinə və ölkənin sabitliyini qorumağa xidmət edir. Azərbaycanın multikulturalizm və tolerantlıq prinsipinə verdiyi önəmi vurğulayan bu fikir Azərbaycan Respublikası Konstitusiyasında hüquqi təsbitini tapıb.

Azərbaycan Respublikası qanunvericiliyinin hüquqi bazası rolunu oynayan Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam ölkənin müstəqilliyi və suverenliyinin qorunmasının, habelə Konstitusiyanın tətbiqinin vacibliyini vurğulayan mühüm bir addımdır. Çünki Konstitusiya Azərbaycanın suverenliyinin təmin olunmasında əsas hüquqi bazadır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinin təməlidir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Rəvan Həsənov
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Fevral 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see265

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see229

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see189

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see181

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see163

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see145

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see142

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see141

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see136

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see134

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see132

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see121

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see120

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see118

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see118

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see116

Burak Kuruluş Osman dan gedir

21 İyul 2025 23:14see114

Rəfail Becanov Tərəqqi medalı aldı SƏRƏNCAM

22 İyul 2025 01:39see113

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see112

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri