Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Bakıda küçə itlərinə həsr olunmuş sərgi açılıb

Bakıda küçə itlərinə həsr olunmuş sərgi açılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 may, AZƏRTAC

“New Zeon” məkanında “Yol kənarındakı mələklər” adlı fotosərginin açılışı keçirilib. Sosial-bədii layihənin müəllifləri rəssam Marina Vəliyeva və heyvan haqları müdafiəçisi Vüsalə Saydamdır. Ekspozisiyada küçə itlərinə həsr olunmuş 25 foto nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, layihədə sənədli fotoqrafiya və emosional vizual təqdimat vasitəsilə sahibsiz heyvanların problemi diqqətə çatdırılır, incəsənətlə sosial reallıq arasında dialoq yaradılır.

Sərgi ziyarətçilərinə itlərin fotoları əks olunan açıqcalar və tematik bukletlər təqdim olunub. Tədbir çərçivəsində it pəncəsi formasında gips fiqurların rənglənməsi üzrə master-klas da keçirilib. Lalə Həsənovanın rəhbərlik etdiyi “Modern Poems” Ədəbi Birliyinin gənc üzvləri insanın dördayaqlı dostlarına həsr olunmuş şeirlər səsləndiriblər.

Rəssam Marina Vəliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində belə tədbirlərin cəmiyyət üçün əhəmiyyətindən danışıb.

“Bu layihə mənim üçün yalnız itlərdən bəhs etmir. Bu, insanın başqasının ağrısını görə bilməsi haqqındadır. Sərginin ideyası elə-belə yaranmadı. Şəhərdən kənara köçəndən sonra əvvəlcə sahibsiz itləri yemləməyə başladım. Sonra anladım ki, onlar sanki bizim dünyadan ayrı yaşayırlar – yanımızdadırlar, amma insanların çoxu onları görmür. Hər şey iri bir küçə itinin baxışından başladı. Həmin baxışdan gözümü çəkə bilmədim. Yaşadığımız ərazidə hələ abadlaşdırılmamış tərk edilmiş bir sahə var və bir neçə küçə iti orada məskunlaşıb. Mən bu heyvanlarda çox kövrək, xeyirxah və qəribə dərəcədə həssas bir nə isə gördüm. Sanki şəhərdə onlar üçün yer tapılmayıb. Onlara yalnız yol kənarını saxlayıblar. “Yol kənarındakı mələklər” adı da buradan yaranıb. Niyə mələklər? Çünki itlər saf, sədaqətli və duyğulu canlılardır. Heç nəyə baxmayaraq, onlar insana güvənməkdə davam edir. Mənə elə gəlir ki, belə layihələr cəmiyyət üçün çox vacibdir. Çünki küçə itlərinin tənhalığı və ağrısı bizim üçün adi hala çevrilib. Biz bunu hər gün görürük və artıq onlara yazığımız belə gəlmir. İncəsənət isə insana yenidən görməyi öyrədə bilər. Bəzən bir baxış, bir kadr insanın daxilində nəyisə dəyişməyə kifayət edir”, – deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs insanlarda sahibsiz heyvanların kövrəkliyini görməyə və onlara biganə qalmamağa diqqət çəkmək cəhdidir.

“Əslində layihə üzrə tərəfdaşım Vüsalə Saydamla birlikdə mərhəmət hissi yaratmağa hesablanmış sərgi keçirmək istəmirdik. Acımaq insanla məsafə yaradır. Bizim üçün əsas olan diqqət və həssas yanaşma idi. Sərgidəki hər foto hansısa obraz və ya bədii fantaziya deyil. Bu fotodakılar bizimlə eyni şəhərdə yaşayan real itlərdir. Onların hər birinin tamamilə başqa həyatı ola bilərdi – evi, qayğı görən sahibi, sevgisi. Fotolar vasitəsilə göstərmək istədik ki, onlar şəhər mənzərəsinin bir hissəsi deyillər. Onlar ağrını da, sevinci də hiss edən böyük qəlbə malik canlılardır. Hər küçə itinin öz hekayəsi, öz xarakteri var. İncəsənətin dünyanı və ya şəhərdə sahibsiz heyvanlarla bağlı vəziyyəti bir anda dəyişəcəyinə əmin deyiləm. Amma inanıram ki, bu, insanların baxışını tədricən dəyişə bilər. Əgər sərgidən sonra heç olmasa, bir nəfər sahibsiz heyvana daha diqqətlə, daha isti münasibətlə və daha humanist yanaşacaqsa, deməli, görülən iş hədər olmayıb”, – deyə M.Vəliyeva vurğulayıb.

Müəllif – Anara Axundova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri