Icma.az
close
up
RU
Bakıda Əli bəy Hüseynzadəyə həsr olunmuş sərgi açılıb

Bakıda Əli bəy Hüseynzadəyə həsr olunmuş sərgi açılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 iyul, AZƏRTAC

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində Bakıda Mədəniyyət Nazirliyinin Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan İstiqlal Muzeyi ilə birgə təşkil etdiyi “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Birinci Türkoloji Qurultayın Rəyasət Heyətinin fəxri üzvü, görkəmli mütəfəkkir, Türk dünyasının ideoloqu və Azərbaycan realist rəngkarlığının banilərindən olan Əli bəy Hüseynzadəyə həsr edilib.

Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyindən, Azərbaycan İstiqlal Muzeyindən və şəxsi kolleksiyalardan əsərlər, eləcə də arxiv fotoşəkilləri və sənədləri nümayiş olunur. Ziyarətçilər Əli bəy Hüseynzadənin Azərbaycan və Türkiyədə yaratdığı əsərləri, o cümlədən “Bibi-Heybət məscidi”, “Atatürkün portreti”, “Ailə portreti” və digər əsərlərə baxa bilərlər. Ekspozisiyada, həmçinin Əli bəy Hüseynzadənin redaktoru olduğu “Həyat” qəzetinin ipəkdə çap olunan nadir nüsxəsi də yer alır.

Sərginin ayrı-ayrı bölmələri mütəfəkkirin ictimai və maarifçilik fəaliyyətinə, teatr sənətinin inkişafındakı töhfəsinə və Azərbaycan bayrağının ideoloji əsaslarının formalaşmasındakı roluna həsr olunub. Sərgidə 1926-cı il Birinci Türkoloji Qurultayının iştirakçılarının arxiv fotoşəkilləri, qurultay zamanı çəkilmiş səkkiz dəqiqəlik səssiz film və Əli bəy Hüseynzadənin övladları - rəssamlar Səlim Turan və Feyzavər Alpsarın yaradıcılığından bəhs edən multimedia təqdimatı yer alır.

Sərginin açılış mərasimində Türk Dünyası Həftəsi çərçivəsində xatirə nişanları təqdim edilib. Nişanlar Ankara Hacı Bayram Vəli Universitetinin professorları Esma Özdaşlı və Kadir Ertaç Çelikə, Köln Asiya Akademiyasının rəhbəri Orhan Arasa, filologiya elmləri doktorları, professorlar Minəxanım Təkləliyə və Adil Babayevə, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovaya, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədovaya, tədqiqatçı və jurnalist Dilqəm Əhmədə təqdim edilib.

Qeyd edək ki, sərgi sentyabrın 30-dək açıq olacaq.

Müxbir – Lalə Minasazova

Fotomüxbir - İlqar Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri