Icma.az
close
up
RU
Bakıda küçədə öpüşdüyünə görə oğlanı bıçaqladılar Ana, bacı var...

Bakıda küçədə öpüşdüyünə görə oğlanı bıçaqladılar Ana, bacı var...

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunda 1998-ci il təvəllüdlü Babaxan küçədə qızla gəzən əvvəllər tanımadığı Sübhanı (adlar şərtidir – red.) bıçaqlayıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayon Gənclər şəhərciyi ərazisində yerləşən 54 saylı yaşayış binasının arxasında, “Şans” marketin qarşısında baş verib. Babaxan marketin qarşısından keçən Sübhanın əlini qeyri-rəsmi nigahda yaşadığı Lalənin çiyninə qoyaraq və öpüşmələrini görüb. O, onların cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməsinə irad bildirib, Sübhanla bu zəmində mübahisə edib. Mübahisə zamanı Babaxan üstündə gəzdirdiyi bıçaqla qəsdən Sübhanın qarın nahiyəsindən bir dəfə vurub. 
Babaxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Babaxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildə Cəlilabad Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinərək məhkum olunub.
O qeyd edib ki, bundan sonra məhkəmə tərfmdən barəsində seçilmiş həbs qəimkan tədbiri ev tustaqlığı qətimkan tədbiri ilə əvəz edib və həbsdən azad edilib. Onun sözlərinə görə, məlum hadisə günü, gecə saat 1 radələrində tanışı Qasım və onun qonşusu, adını xatırlamadığı tanışı ilə Gənclər şəhərciyi 54 saylı yaşayış binasının arxasında “Şans” marketin yanandakı park hissəsində oturacaqda oturaraq söhbət ediblər: “Həmin vaxtı kənardan bizə tərəf bir oğlanla qadının qucaqlaşaraq piyada yolu ilə gəldiklərini gördüm. Onların hərəkətləri diqqətimi cəlb etdi. Həmin oğlanın sonradan adını Sübhan kimi bildiyim şəxsin yanındakı qızla olan bir-biri ilə öpüşərək, bir birlərinə yaxınlaşmaq kimi hərəkətləri məni hidətləndirdi. Ətrafda yaşayış binalarından qadınlar, azyaşlı uşaqlar, qızlar onların bu kimi hərəkətlərini görə bilərdi. Bu da bizim əxlaq normalarımıza uyğun hərəkətlər deyildi. Bu şəbədən Sübhana yaxınlaşaraq etdiyi hərəkətlərə görə irad bildirdim, “Analarımız, bacılarımız sizə baxır”  deyə bildirdim. Sübhan isə üzərimə hücum çəkdi, yumruqla başımdan vurdum. Sübhanın vurduğu zərbədən isə yerə yıxıldım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Sübhanın yanında olan qadın onu sakitləşdirmək üçün kənara çəkib: “Mənim yanımda olan Qasım və digər qonşu oğlan da məni kənara çəkmək istədi. Sübhan mənim üzərimə yenidən gəlmək istədiyini gördüm. Mən də özüm ilə gəzdirdiyim və cibimdə saxladığım bıçaqla Sübhanın üzərinə getdim, bir dəfə qarın nahiyəsindən zərbə ilə vurdum. Mən vurduğum zərbədən sonra səsə əmim oğlu Xəlil hadisə yerinə gəldi. Əmim oğlu da Qasımın və qonşunun köməkliyi ilə məni hadisə yerindən uzaqlaşdırdılar. Bundan sonra eşitdim ki, Sübhan vurduğu bıçaq xəsarətdən xəstəxanaya düşüb, cərrahi əməliyyat olunub. Bundan sonra polisin məni axtardığını bildim, gündüz saatlarında yaşadığım evdən çıxaraq Bakı şəhərində gəzməyə başladım. Mən evə yalnız gecə saatlarında gəldim. Səhər yenidən çıxaraq Bakı şəhərinə getdim. Növbəti gün evdə olan vaxtı polis əməkdaşları yaşadığım ünvana gəldilər, məni apardılar”.
Zərərçəkmiş Sübhanın sözlərinə görə, Lalə ilə qeyri-rəsmi ər-arvad münasibətləri var, birlikdə yaşayırlar: “Hadisə günü, gecə saat 1 radələrində Lalə ilə birlikdə evimizə qonaq gəlmiş şəxsi yola salmaq məqsədi ilə həyətə düşdük. Qonağı yola salaraq əlimi Lalənin çiyninə qoyaraq marketin qarşısından keçdikdə, yolun kənarında oturacaqda üç cavan oğlan oturmuşdu. Həmin vaxtı Lalənin sinəsindən tutduğum üçün Babaxan mənə yaxınlaşdı və “sən kimsən ki, əlini qızın çiyninə qoyub gedirsən, bizim anamız bacımız var” – deyə bildirdi. Bu zəmində mənimlə mübahisə yaratdı. Babaxana bildirdim ki, bu qadın mənim arvadımdır. Aramızda yaranmış mübahisə zamanı ona bir şillə vurduğum üçün əlbəyaxa olduq. Həmin vaxtı Babaxanın əlində bıçaq gördüm. O, həmin bıçaqla qarın nahiyəmdən zərbə ilə bir dəfə vurdu. Həmin vaxtı sinəmdən qanın axdığını görən Babaxanın dostları onu kənara çəkərək apardılar. Bundan sonra Lalənin köməkliyi ilə xəstəxanaya aparıldım, orada əməliyyat olundum”. 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babaxan 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını və cəzasının şərti hesab olunmasını istəyib. 
Şikayəti araşdıran Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri sonda qərar veriblər. Qərara görə, məhkumun şikayəti təmin olunmayıb. Bu qərardan məhkumun müdafiəçisi tərəfindən kasasiya şikayəti verilsə də, Ali Məhkəmənin qərarı ilə həmin şikayət qəbul edilməyib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri