Bakıda küçədən bomba tapılıb? DİNdən AÇIQLAMA
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Daxili İşlər Nazirliyi Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.
“X” sosial şəbəkəsində İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı növbəti dezinformasiya yayılıb.
Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, öz növbəsində, həmin paylaşıma cavab olaraq bildirib ki, bu məlumat həqiqəti əks etdirmir.
“Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub”, - deyə DİN-dən bildirilib.


Bakıda küçədən bomba tapılıb? DİNdən AÇIQLAMA
10 Noyabr 2024 14:21
Bakıda bomba küçədən bomba tapılıb? Rəsmi AÇIQLAMA
10 Noyabr 2024 14:09
Bakıda liftin qırılması ilə bağlı DİNdən AÇIQLAMA KONKRET
07 Yanvar 2025 20:49
Bakıda usta ev sahibinin 500 AZNni alıb aradan çıxıb? DİNdən AÇIQLAMA
18 Noyabr 2024 18:54

