Icma.az
close
up
RU
Bakıda qonşular arasında qan töküldü TƏFƏRRÜAT

Bakıda qonşular arasında qan töküldü TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda qonşuların içki məclisində yaranan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 13-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 
Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü Muxtar həmin gün saat 17 radələrində qonşusu Mustafa ilə mübahisə edib. Mübahisə zamanı o, Mustafanı (adlar şərti verilib – red.) bıçaqla vurub. 
Hadisəni törədən Muxtarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 13-də, saat 17 radələrində qonşusu Mustafanın yaşadığı evdə bacısı Səlimə ilə aralarında sözlə mübahisə yaranıb: “Bu zaman Mustafa mübahisəyə müdaxilə edərək əllərimi tutdu. Mustafa məni itələyərək mətbəxdən küçəyə açılan qapıdan çıxarmaq istədi. Mustafanı özümdən uzaqlaşdırmaq məqsədi ilə bıçaqla onun qarın nahiyəsindən vurdum. Mustafa bacısı ilə birlikdə məni küçəyə çıxardı. Mən küçədə olarkən əlimdəki bıçağı tullayaraq oradan uzaqlaşdım”. 
İş üzrə zərərçəkmiş Mustafanın sözlərinə görə, avqustun 13-də, saat 17 radələrində bacısı Səlimə ilə Muxtar arasında yaranmış mübahisəyə müdaxilə edib: “Bu zaman Muxtar əlimizdən çıxaraq mətbəxə keçdi. Mən də onun  arxasınca mətbəxə getdim. Muxtar mətbəxdəki mətbəx dəstinin sıyırmasından mətbəx bıçağını əlinə götürdü. Küçəyə çıxış mətbəxdən olduğundan Muxtarı evimdən qovmaq məqsədi ilə onu itələdim və mətbəxdən küçəyə açılan qapıdan küçəyə çıxarmaq istədim. Lakin Muxtar çıxmaq istəmədi. Muxtarı küçəyə çıxarmaq məqsədi ilə onunla əlbəyaxa oldum. Səlimə araya girməsinə baxmayaraq Muxtar bizim hər ikimizi qəsdən yumruq və təpiklə vurdu. Əlindəki bıçaq bədənimi kəsdi. Mən Muxtarı itələyərək küçəyə çıxara bildim. Qapını bağladıqdan sonra qarnımdan qan axdığını gördüm və saat 17:30-da çağırışlarımız əsasında evə gələn təxirəsalınmaz təcili tibbi yardım stansiyasının avtomobilində xəstəxanaya aparıldım”. 
İş üzrə şahid qismində ifadə verən Səlimənin ifadəsinə görə, qardaşı Mustafa ilə birlikdə yaşayır: “Təqsirləndirilən Muxtar qonşumuzdur. 2024-cü ilin iyun ayında Muxtar spirtli içki qəbul edərək qonşuları narahat etdiyindən narazı olduğunu bildirdim. Muxtar da bu barədə məlumatı olduqdan sonra mənə qarşı münasibəti dəyişdi”. 
Səlimə qeyd edib ki, avqustun 13-də, saat 17 radələrində qardaşı ilə yaşadığı evin qarşısında dayandıqları zaman Muxtar əlində spirtli içki şüşələri ilə küçədən keçib: “Muxtar bizi görərək yaşadığımız ünvanda birlikdə spirtli içki qəbul etməyi təklif etdi. Mustafa da etiraz etməyərək Muxtarı yaşadığımız evə dəvət etdi. Mən stəkan gətirmək üçün mətbəxə keçdim. Muxtar arxamca gələrək barəsində qonşuların dedikləri ilə bağlı iradını bildirdi. Öz etirazımı bildirməyimə baxmayaraq Muxtar hərəkətlərini davam etdirdi, məni vuracağını bildirdi. Ona heç nə edə bilməyəcəyimi bildirdikdən sonra şillə atdı. Aramızda mübahisə yarandı. Bu zaman Mustafa mübahisəyə müdaxilə etdi və Muxtarın əllərindən tutdu. Mən Muxtarın boğazından tutmaq istədim. Muxtar əlimizdən çıxaraq mətbəxə keçdi. Qardaşım da arxasınca mətbəxə getdi. Muxtar mətbəxdəki mətbəx dəstinin sıyırmasından mətbəx bıçağını əlinə götürdü. Küçəyə çıxış mətbəxdən olduğundan Muxtarı evindən qovmaq məqsədi ilə qardaşım onu itələyərək mətbəxdən küçəyə açılan qapıdan küçəyə çıxarmaq istədi. Lakin Muxtar çıxmaq istəmədi. Mən Muxtarı küçəyə çıxarmaq məqsədi ilə onunla əlbəyaxa oldum. Araya girməyimə baxmayaraq Muxtar bizim hər ikimizi yumruq və təpiklə vurdu. Muxtar əlindəki bıçaqla qardaşımın bədənini kəsdi”. 
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Muxtarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri