Bakıda marşrut avtobuslarının sayı ARTIRILDI
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
“Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur” - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu gün günorta saatlarında Bakı metrosunun “Ulduz” - “Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bu səbəbdən qatarların bütün stansiyalarda girişə məhdudiyyət tətbiq edilib və sərnişinilərin təxliyəsi həyata keçirilib. Metronun yaxın bir saat ərzində fəaliyyəti bərpa ediləcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 Aprel 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















