Icma.az
close
up
RU
Bakıda masaj salonunda qadınlar arasında dava düşdü

Bakıda masaj salonunda qadınlar arasında dava düşdü

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Nəsimi rayonunda masaj salonunda qadınlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 24 may 2024-cü ildə baş verib. Füzuli rayonunda anadan olmuş, Beyləqan rayonunda qeydiyyatda olan 1978-ci il təvəllüdlü Əsmər həmin gün saat 18:50-də masaj salonunda tanışı Rəvanə (adlar şərtidir – red.) ilə aralarında yaranmış sözlü mübahisə zamanı salonda digər şəxslərin olmasına əhəmiyyət vermədən onun barəsində nalayiq ifadələr işlədib. 
Əsmər ictimai qaydanı pozub, salonun normal iş rejiminin pozulmasına səbəb olan hərəkətlərə yol verib. O, əli ilə Rəvanənin saçından tutaraq dartıb, oradan götürdüyü dabankeşlə onun bədən nahiyələrindən zərbələr vurub. O, bu hərəkətləri ilə Rəvanəyə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, həmçinin 15 manat məbləğində maddi ziyan vurub. 
Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsmər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, rayon ərazisində yerləşən obyekti tanışı Səidə və Rəvanə ilə birlikdə icarəyə götürərək orada masaj salonu işlədiblər: “Səidə xarici ölkə  vətəndaşı olduğu üçün Azərbaycandan deportasiya edildi. Bundan sonra Rəvanə mənim həmin obyektdə heç bir payımın olmadığını və inzibatçı kimi işləməyimi  dedi.  Lakin həmin salonun açılmasına görə 15.000 manat pul verdiyim üçün ora şərik olmuşam. Rəvanə bunu inkar etdi, məni şəriklikdən çıxarmaq istədi. Bu məsələ ilə bağlı Rəvanə ilə aramızda mübahisə yarandı”. 
Əsmər qeyd edib ki, sonuncu dəfə ötən ilin mayın 24-də, saat 18:50-də salonda olarkən Rəvanə heç bir səbəb olmadan onunla mübahisə edib və ünvanına nalayiq ifadə işlədib, salonu tərk edərək getməsini deyib: “Sonra Rəvan  salonda olan otağa keçdi, onun rəfini açaraq dağıtdı. Mən də həmin otağa keçdim və Rəvanənin saçından tutaraq  onu salonun ümumi zalına çıxardım, divana tərəf gətirdim. Orada Rəvanənin yıxaraq özüm də divanın üzərinə yıxıldım. Həmin vaxt salona gələn tanımadığım kişi məni tutdu və salonun qapısına tərəf apardı. Həmçinin salonda olan digər şəxslər də bizi ayırdılar. Sonra Rəvanə məni salonun çölünə itələyərək çıxardı və qapını bağladı. Mən də əsəbiləşərək salonun qapısının şüşəsini sındırdım və salona daxil oldum. Rəvanəyə  heç bir dabankeşlə xəsarət yetirməmişəm. Ümumiyyətlə bu əşya bizim dalaşdığımız yerdə olmayıb. Rəvanə özü də ibtidai araşdırma dövrünün ilkin mərhələsində onu dabankeşlə vurulmasını bildirməyib. Mənə verilmiş xuliqanlıq ittihamı ilə razı deyiləm. Hadisə mənim də  şərikli işlətdiyim masaj salonunda baş verib və orada da yalnız qadın işçilər olub”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəvanənin sözlərinə görə, cinayət hadisəsinin baş verdiyi obyekti Səidə adlı tanışı ilə icarəyə götürərək orada masaj salonu işlədiblər: “Səidə deportasiya olunduğundan həmin obyekti tək işlətdim. Obyektdə Əsmər inzibatçı işləyib. Həmçinin salonda başqa masajçı işləyən qızlar da olub. Səidə deportasiya olunduqdan sonra Əsmər obyektə şərik olduğunu iddia etməyə başladı. Mən isə hər dəfə ona obyektə dair heç bir hüququnun olmadığını bildirmişəm. Bu səbəbdən aramızda söz-söhbət yaranmağa başladı”. 
Rəvanə qeyd edib ki, ötən ilin mayın 24-də, saat 19 radələrində salonda olarkən Əsmər kassadan 250 manat pul götürdüyü üçün ona iradını bildirib: “Əsmər yenə də obyektə şərik olduğunu iddia etməyə başladı. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Əsmərə onu salondan qovacağımı dedim. Əsmər belə bir hərəkət etdiyim təqdirdə məni şərləyəcəyini, qızıl və pullarımı götürəcəyini dedi. Həmin vaxt aramızda olan mübahisə daha da gərginləşdi. Əsmər ünvanına nalayiq ifadələr işlətməyə başladı. Bu vaxtı salonda olan digər otağa keçdim. Əsmər də ardımca gələrək otaqda saçımdan tutdu, ilk əvvəl əlləri ilə başıma vurmağa başladı. Sonra otaqda olan dəmir dabankeşi götürərək onunla başıma və bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdi. Sonra saçımdan tutdu və darta-darta salonun ümumi zalına çıxardı. Orada divan tərəfə apardı. Salonda işləyən digər qadınlar və ora gəlmiş tanımadığım şəxs Əsməri məndən ayırdı, salonun girişinə tərəf apardılar. Sonra ayağa durdum və Əsməri salondan çölə çıxarsam da, o, salonun qapısının şüşəsini sındıraraq içəri daxil oldu. Mənim ünvanıma nalayiq ifadələr işlətməyə davam etdi. Əsmər salonun şüşəsini düzəltməyəcəyini bildirdiyinə görə şüşəni dəyişmək məcburiyyətində qaldım. Bununla  bağlı 15 manat pul xərcləmişəm”. 
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsmərin əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. Əsmər 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin yaşadığı Beyləqan rayonu, Yeni Mil qəsəbəsini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi  barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Cəzanın icrası Beyləqan Rayon İcra və probasiya şöbəsinə tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2025 06:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri