“Minions & Monsters” ekranlara qayıtdı
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Minions” franşizasının yeni filmi “Minions & Monsters” artıq yayım platformasına çıxıb.
Kulis.az xəbər verir ki, ekran əsəri oktyabrın 28-dən etibarən "Peacock"da izləyicilərə təqdim olunur.
Film “Despicable Me” franşizasının yeddinci, “Minions” seriyasının isə üçüncü ekran əsəridir.
Rejissor Pyer Kofenin çəkdiyi film hadisələri 1920-ci illərin Hollivuduna aparır. Bu dəfə minionlar səssiz kino ulduzlarına çevrilmək və öz qorxu filmlərini çəkmək arzusundadırlar. Lakin onların planları gözlənilməz hadisələr və qəribə məxluqlarla qarşılaşmaları nəticəsində qarışır.
Filmin fərqləndirici tərəflərindən biri animasiya dünyasını köhnə Hollivudun atmosferi ilə birləşdirməsidir. Səssiz kino dövrünə edilən istinadlar həm uşaqlara, həm də kinonun tarixi ilə tanış olan böyüklərə hesablanıb. Bu yanaşma franşizanın ənənəvi yumorunu saxlayaraq hekayəyə yeni bir məkan və zaman gətirir.
Güllünün ölümünə görə qızına ömürlük həbs cəzası verildi Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb London Film Festivalı Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 Oktyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















