Bakıda məktəblilər üçün ödənişsiz atletika təlimlərinə start verilib
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Bakı 2026 - Dünya İdman Paytaxtı” çərçivəsində məktəblilər üçün atletika təlimlərinə start verilib.
İdman.Biz xəbər verir ki, noyabrın 3-dən etibarən Bakı Atletika Mərkəzində təşkil olunan məşqlər 6-9 və 10-12 yaş qruplarını əhatə edir.
Gənclər və İdman Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Atletika Mərkəzinin əməkdaşlığı ilə keçirilən təlimlər bir ay davam edəcək. Məşqlər həftədə iki dəfə, hər biri bir saat olmaqla ödənişsiz təşkil olunur.
Təlimlər zamanı uşaqlar qaçış, tullanma və digər fundamental atletika hərəkətləri üzrə ilkin bacarıqlarını inkişaf etdirəcəklər. Layihənin əsas məqsədi idmanın kütləviləşdirilməsi, uşaqların erkən yaşlardan idmana cəlb edilməsi və uşaq atletikasının inkişafıdır.
Təlimlərdə 200 nömrəli məktəb-lisey kompleksi, “Ankara məktəbi” məktəb-liseyi, eləcə də 34, 36, 39, 45, 47, 177, 193, 202, 207, 212 və 258 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















