Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

​BAKIDA MİLYONLARI MARAQLANDIRAN DƏYİŞİKLİK... Tıxac problemini həll edəcək?

​BAKIDA MİLYONLARI MARAQLANDIRAN DƏYİŞİKLİK... Tıxac problemini həll edəcək?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda iş saatlarının dəyişdirilməsi yenidən müzakirə mövzusuna çevrilib. Rəsmi açıqlamalara görə, 2026-cı ildən etibarən dövlət qurumları, məktəblər, xəstəxanalar və bəzi müəssisələr üçün dəyişkən iş qrafikinin tətbiqi nəzərdə tutulur. Məqsəd xüsusilə Bakı və ətraf ərazilərdə pik saatlarda yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Bununla yanaşı, yeni sistemin tətbiqi ilə bağlı müxtəlif suallar da gündəmdədir.

İş saatlarının dəyişməsi Bakıdakı tıxac problemini real olaraq azalda bilərmi? Nəqliyyat infrastrukturunda əlavə investisiyalara ehtiyac yaranacaqmı?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Bakı və ətraf ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair Dövlət Proqramı mövcuddur. 2025-ci ilin əvvəlində qəbul olunan və 2030-cu ilə qədər icrası nəzərdə tutulan proqramda əhali mobilliyinin artırılması məqsədilə bir sıra tədbirlər planlaşdırılıb.

Onun sözlərinə görə, bu tədbirlərdən biri də təhsil və tibb müəssisələrində, dövlət idarələrində, eləcə də bəzi özəl qurumlarda iş saatlarının dəyişdirilməsi hesabına nəqliyyat sıxlığının azaldılmasıdır: “Dünyanın bəzi ölkələrində belə təcrübə tətbiq olunur. Məqsəd səhər və axşam pik saatlarda həm ictimai nəqliyyatın, həm də avtomobil yollarının həddindən artıq yüklənməsinin qarşısını almaqdır. Bunun üçün müxtəlif müəssisələrdə işə və dərsə başlama saatları fərqli vaxtlara keçirilir. Mahiyyət bundan ibarətdir ki, hamı eyni vaxtda işə gedib-qayıtmasın. Məsələn, məktəblərdə dərslər saat 08:00-da, universitetlərdə 09:30-da başlayırsa, bu saatlar dəyişdirilə bilər. Təhsil müəssisələrində dərsin başlanma vaxtını yarım saat və ya bir saat fərqli etmək mümkündür ki, pik saatlarda ictimai nəqliyyata və yollara düşən yük azalsın”.

Ekspert qeyd edib ki, bəzi ölkələrdə bu üsul müəyyən nəticə versə də, Bakıda vəziyyət bir qədər fərqlidir: “Bakıda elə iri müəssisələr çox deyil ki, onların iş rejiminin dəyişməsi şəhərdəki pik saatlara ciddi təsir etsin. Əsas sıxlıq orta məktəblər, universitetlər və dövlət qurumlarının eyni saatda fəaliyyətə başlaması səbəbindən yaranır. Hesab edirəm ki, bu məsələ tətbiq olunarkən iqtisadi proseslərin pozulmaması və insanların gündəlik rahatlığının nəzərə alınması vacibdir. Məsələn, valideynin iş saatı 09:30-da başlayır, uşağının məktəbi isə saat 08:00-da açılırsa, bu onun üçün əlverişlidir. Valideyn uşağını məktəbə qoyub sonra işə gedə bilir. Amma məktəbin başlanma saatı 09:00-a keçirilsə, artıq həmin ailə üçün narahatlıq və sosial diskomfort yaranacaq”.

Ə.Hüseynov əlavə edib ki, tibb müəssisələrində də iş saatlarının dəyişməsi müəyyən problemlər yarada bilər: “İcbari tibbi sığorta tətbiq olunandan sonra xəstəxanalarda növbələr və xidmət sistemi müəyyən rejim üzrə qurulub. İş saatlarının dəyişdirilməsi burada əlavə çətinliklər yarada bilər”.

Ekspert məktəblərin yaşayış yerlərinə yaxın olmasının vacibliyini də vurğulayıb: “Uşağın Mərdəkandan şəhərin mərkəzinə məktəbə aparılması əlavə stress yaradır. Dünyada da qəbul olunan yanaşma budur ki, məktəb uşağın yaşadığı əraziyə yaxın olsun.

Bakıda özəl müəssisələrin əksəriyyəti kiçik biznes subyektləridir və onların iş rejiminə inzibati qaydada müdaxilə etmək çətindir. Belə müəssisələrə hansı saatda işləyəcəyini diktə etmək praktik baxımdan çətindir. Hətta müəyyən qərar olsa belə, hamının buna əməl edəcəyinə təminat yoxdur”.

Ekspert hesab edir ki, bu üsul müəyyən qədər effekt versə də, ciddi və gözəçarpan dəyişiklik yaratmayacaq: “Şəxsən düşünürəm ki, Bakı və ətraf ərazilərdə bu metod yalnız cüzi təsir göstərə bilər. Kəskin və aşkar irəliləyiş yaratması real görünmür. Ona görə də məsələ çox diqqətlə düşünülməlidir”.

Ə.Hüseynov sonda vurğulayıb ki, əsas çıxış yolu ictimai nəqliyyata davamlı investisiya yatırılmasıdır: “Azərbaycanda ən çox investisiya tələb edən sahələrdən biri ictimai nəqliyyatdır. Yeni metro stansiyaları açılsa, marşrut şəbəkəsi genişləndirilsə, dəqiq qrafik və yüksək komfort təmin olunsa, iş saatlarını dəyişmək kimi tədbirlərə ehtiyac qalmaz. Bu sahəyə davamlı və planlı investisiya qoyulmalıdır. Mobillik məsələsi olduqca önəmlidir”.

Oğuz Ayvaz 

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyun 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri