Icma.az
close
up
RU
Ukrayna məsələsində QƏRBİ MARAQLANDIRAN RESURSLAR TƏHLİL

Ukrayna məsələsində QƏRBİ MARAQLANDIRAN RESURSLAR TƏHLİL

Sia Az-dan verilən məlumata görə, Icma.az məlumatı açıqlayır Ukrayna məsələsində QƏRBİ MARAQLANDIRAN RESURSLAR TƏHLİL.

Müharibənin bu qədər davam etməsi, ABŞ başda olmaqla, bəzi dövlətlərin ukraynalıları guya “dəstəkləməsi” Ukraynaya “marağın” olması fonunda diqqəti cəlb edir. Bu vaxta qədər heç bir dövlətin maraqlarını düşünməyən Qərbin indi Ukrayna ilə bağlı bu qədər “həssas yanaşma” sərgiləməsi əlbəttə ki, səbəbsiz ola bilməz. Heç şübhəsiz ki, bu məsələdə yenə də Qərbin öz maraqları var və Ukraynanın hansı ehtiyatlara sahib olmasını nəzərə aldıqda məsələnin kökündə nəyin dayandığı bəlli olur. Bəlli olur ki, məhz Ukrayna məsələsində Qərbi maraqlandıran ancaq resurslardır.

Məsələnin kökündə faydalı ehtiyatların dayandığı bəlli olur

Ortaya çıxan bəzi məntiqi suallar məsələnin nə yerdə olduğunu təhlil etməyə imkan verir. Hər halda, amerikalılar ukraynalılara o dərəcədə məftun olmayıblar ki, onların suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü üçün bu qədər vəsait xərcləməyi məqbul hesab etsinlər. Burada bir məqamın olduğu əlbəttə ki, özünü göstərməyə başlayır. Azov dənizi və Donbas üzərində nəzarəti Rusiya tərəfinin ələ keçirməsindən Qərb “narahat” olduqca öz niyyətinin, marağının nədən ibarət olduğunu ifşa etmiş olur. “Ayının min oyunu bir armudun başındadır”, zərb məsəlində olduğu kimi, elə Qərb də bu oyunları nədən ötrü etdiyini yaxşı bilir. Məsələ burasındadır ki, indi bunu bütün dünya yaxşı başa düşür, təkcə özləri yox. İstənilən halda, məsələnin kökündə faydalı ehtiyatların dayandığı bəlli olur. Bəlli olur ki, Qərbi maraqlardıran resurslardır və onların məhs rusların əllərinə keçməsi ən narahatedici məqam hesab olunur. Belə görünür ki, Rusiyanın unikal resursları ələ keçirmələrinə görə Amerikalılar təəssüf hissi keçirirlər. Bunun da səbəbi yaxşı məlumdur.

Ukraynanın ərazilərinin nəyə görə Qərbə lazım olduğunu başa düşən təkcə amerikalılar deyil və aydındır ki, maraq dairəsində olan ancaq resurslardır

Bəzi statistik məlumatlara görə, Ukrayna mineral ehtiyatlarının artıq yarısını itirib. Üstəlik, qalan hissəsi də nəzarətdən çıxacaq kimi görünür. Bax elə məhz buna görə də Qərb isterika içindədir. Rusiya qüvvələrinin yaxınlaşması səbəbindən Ukrayna kömürün hasil olunduğu Krasnoarmeyskdəki mədənləri bağlamaq məcburiyyətində qalıb. Məsələ burasındadır ki, dəmir və polad istehsalı üçün xammal lazımdır və belə bir müəssisənin “itirilməsi” birbaşa Ukraynanın müdafiə sənayesinə təsir göstərəcəyi bəlli məsələdir. Təsadüfi deyil ki, Ukraynanın nəzarətində olan sonuncu kömür mədəninin yerləşdiyi Udaçnoye kəndində hazırda şiddətli döyüşlər gedir. Kiyev kəndi “saxlamaq” üçün ehtiyatlarını tam olaraq səfərbər edir. Məqsəd vaxt qazanmaq və Dnepropetrovsk vilayətində istehkamlar qurmaq niyyəti ilə zaman əldə etmək və bununla da bir çox mədənləri əldən verməməkdir. Qərb də məhz buna görə “kömək”, eləcə də “dəstək”vəd edir. Ortada mədənlər var və buna görə də bərk şirnikləndiyi göz önündədir.

Bilirik ki, söhbət kömür ilə zəngin yataqlardan gedir. Heç də amerikalılar, heç də Qərb adi torpaqlar və ərazilər üçün “canfəşanlıq” edərək, özünü “müdafiəçi” kimi göstərmir. “Donbass kömür yataqları ilə məşhurdur. Bununla yanaşı, ərazisi qiymətli ehtiyatların əsl “anbarı” sayılır. Məsələn, litiumu və qrafiti nümunə olaraq göstərə bilərik, hansı ki, onlarsız akkumulyatorlar və elektronika istehsal etmək mümkün deyil. Eyni zamanda, onu da diqqətə çatdıraq ki, Qərbin göz dikdiyi titan məhz poladdan da qat-qat möhkəmdir, lakin eyni zamanda 45% də ondan yüngüldür. Buna görə də, tanklar, ballistik gəmilərin istehsalında istifadə olunur və böyük əhəmiyyət kəsb edir”, deyə “Təhlükəsizlik Şurasının” aparıcısı İqor Şevçuk çox aydın şəkildə bəzi məqamları izah etməyə çalışıb. Əslində, bütün bunlar onu deməyə əsas verir ki, Ukraynanın və onun keçmiş ərazilərinin hansı resurslarının Qərbə lazım olduğunu başa düşən təkcə amerikalılar deyil. Hər kəs çox yaxşı bilir ki, indi maraq dairəsində olan ancaq resurslardır.

Qərbi maraqlandıran resurlar olduğu üçün hər zaman həmin resurların olduğu ərazilərin qaytarılmasına böyük “önəm” verir

Müharibə başlayandan bəri Ukrayna təbii ehtiyatlarının yarısına nəzarəti artıq itirib. Bütün qiymətli mineralların, filizin və kömürün məhz Donbas və Zaporojye vilayətinin ərazisində yerləşdiyini hamı çox yaxşı bilir. Xüsusən də amerikalılar bunu yaxşı bilirlər. Ona görə də məhz həmin bu ərazilərin qaytarılması Kiyev üçün çox “vacib” hesab olunub. Sual oluna bilər ki, niyə amerikalılar həmin bu ərazilərin qaytarılmasına maraqlı görünməlidirlər? Əslində, amerikalılar üçün, Qərb üçün Ukrayna ərazisinin hansının qaytarılmasının nə fərqi olmalı idi axı? “Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin bir hissəsi mineralların bütün resurs bazasının təxminən yarısını təşkil edir. Ukraynanın bütün ehtiyatları 20-25 trilyon qrivna həcmində qiymətləndirilir, hansı ki, onların yarısı bu gün “işğal olunmuş” rayonlardır”, deyə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Viktor-Jenko bildirib. Bəlli məsələdir ki, məhz həmin ehtiyatların, həmin resursların olduğu ərazilər amerikalılar üçün daha böyük maraq kəsb edir. Deməli, ortada resurs məsələsi var və Qərbi maraqlandıran resurlar olduğu üçün hər zaman həmin resurların olduğu ərazilərin qaytarılmasına böyük “önəm” verir.

Amerika mənbələri Ukraynanın dörd litium yatağından ikisinin itirildiyini bildirir. Diqqətə çatdıraq ki, bu, dünyada ən çox axtarılan metallardan biridir, hansı ki, geoloji tədqiqatların nəticələrinə görə, Ukrayna Avropanın ən zəngin litium ehtiyatlarına malikdir. Bəs sual oluna bilər ki, Ukraynanın dörd litium yatağından ikisinin itirildiyi amerikalıları niyə düşündürməlidir və bu barədə niyə qeyd olunmalıdır? Belə çıxır ki, Qərb həmin resurslara göz dikib və məqsəd heç də Ukraynanın suverenliyi, yaxud da ərazi bütövlüyü deyil. Maraq dairəsində olan məhz resurslardır.

Mineral ehtiyatlar naminə Kiyevə kömək etdiklərini belə Qərbdə gizlətmirlər

“Litium üçbucağına” üç ölkə daxildir. Bunlar Argentina, Boliviya və Çilidir, hansı ki, dünya ehtiyatlarının 54%-ni özündə ehtiva edir. Bəzi statistik məlumatlara görə, Avstraliyanı da əlavə etsək, bu ölkələr yer üzündəki litium ehtiyatlarının 70%-nə malikdirlər”, deyə MDB Ölkələri İnstitutunun elmi işçisi Ruslan Pankratov bildirib. Təbii ki, Ukrayna da həmin resurlara görə özünəməxsus yerə malikdir. Deməli, Qərbin, Avropanın Ukrayna resursları ilə bağlı iddialı planları var. Xüsusən də nəzərə alsaq ki, benzin və dizellə işləyən avtomobillərdən tamamilə imtina edərək elektriklə işləyən avtomobillərə keçmək planları var, deməli, məqsəd artıq bəlli olur. Diqqətə çatdıraq ki, batareyalar təxminən 10 kiloqram litium ehtiva edir və həmin metalın yataqlarının Şevçenko kəndi ərazisində yerləşməsi fonunda ərazinin 2025-ci ilin yanvarında rus ordusunun nəzarətinə keçməsi amerikalıları, Qərbi narahat etməyə başlayıb.

Bəli, artıq litium yataqlarının axtarışı maksimum həddə çatıb. Qərb həmin yataqların axtarışı ilə məşğuldur. Məlum olub ki, oxşar yataqlar bu yaxınlarda İran, Əfqanıstan, Hindistan və Serbiyada tapılıb. Məsələ burasındadır ki, İran və Əfqanıstan kifayət qədər uzaq, eyni zamanda “qeyri-sabit” ölkələrdir. Həmçinin, Hindistan da “sual” altındadır. Deməli, Ukraynanın daha çox “diqqət məkəzində” olması buna görədir. Üstəlik, statistik hesablamalara görə, Şevçenkovskoye yatağının ehtiyatları avropalılar üçün 2050-ci ilə qədər yetərli hesab olunur. Təsadüfi deyil ki, mineral ehtiyatlar naminə Kiyevə kömək etdiklərini belə Qərbdə gizlətmirlər. “Bu, pulla bağlı müharibədir. Bilirsiniz ki, bütün Avropada nadir minerallarla ən zəngin ölkə Ukraynadır. Orada trilyonlarla dollar dəyərində faydalı qazıntılar var. Bunlar çox nadir minerallardır və 21-ci əsrdə çox vacib hesab olunur. Ukrayna ruslarla deyil, bizimlə sövdələşməyə hazırdır. Ona görə də Rusiyanın burada özünü möhkəmlətməməsinə əmin olmaq bizim maraqlarımızdadır”, deyə bəyan edən ABŞ senatoru Lindsey əslində, məsələnin kökündə nəyin dayandığını, Qərbi maraqlandıran məhz resurslar olduğunu bütün çılpaqlığı ilə ortaya qoyub. Alman televiziyasının analitik proqramı zamanı da Ukraynada demokratiyanın və ya başqa qeyri-maddi dəyərlərin qorunması haqqında bir kəlmə də danışılmayıb. Danılan yalnız “biznes maraqları” ilə bağlı məsələlər olub. “Ukraynanın təbii sərvətlərinin təxminən 80%-i Donbasdadır. Onlar Rusiyaya ötürülür. Orada çoxlu litium var, hansı ki, bu ölkədə olanlara çox ehtiyacımız var", deyə alman jurnalist Markus Lanz aydın şəkildə etiraf edib.

Dünyaya “hökmranlıq” etmək məqsədi ilə ABŞ titan və uran kimi resursları “ələ keçirmək” niyyəti güdür

Vaşinqton üçün isə ən vacib resurs titandır. Hər halda amerikalılar özləri daha çox bunun fərqindədirlər. Ona görə fərqindədirlər ki, məhz Donald Trampın avropalılardan fərqli olaraq, əksinə, elektromobilin inkişaf proqramını məhdudlaşdırdığının şahidi oldular. Başa düşdülər ki, əgər ABŞ daxili yanma mühərrikli avtomobillərin istehsalına davam edəcəksə, deməli, onlar üçün titan daha maraqlıdır. “Yüksək texnoloji silahları, o cümlədən lazeri, kosmosu, süni intellektə malik nə varsa hamısını eyni metallardan, titandan istifadə etmədən təsəvvür etmək mümkün deyil. Yəqin ki, hərbi-sənaye kompleksinin elə bir sahəsi yoxdur ki, orada bu metaldan istifadə olunmasın”, deyə politoloq Pankratov qeyd edib. Yəni, ruslar da yaxşı başa düşürlər ki, anti-Rusiya sanksiyaları fonunda, Amerika titan “ələ keçirmək” üçün dəridən-qabıqdan çıxır. Bu qədər vəsaitləri Ukraynaya sərf etməklə də Vaşinqton məhz həmin xammala sahib çıxmaq fikrindədir. Amerikalılar yaxşı bilirlər ki, Ukrayna strateji əhəmiyyətli metalın ilk beş istehsalçısı sırasında olub. Ona görə də maraq dairəsində həmin metal, həmin resurlar olduğu zərrə qədər də şübhə doğurmur.

Onu da bilirik ki, ABŞ-ın digər strateji sektoru nüvə enerjisidir. Yaxşı bilirik ki, Uran hələ də planetdə əsas çəkindirici, “qorxulu” sayılan nüvə silahlarının xammalıdır. Bu isə öz növbəsində amerikalıların təbirincə desək, “dünya hökmranlığı” deməkdir. Amerikanın yeni administrasiyasının da məhz belə ambisiyalarının olduğu bəllidir və bunun fonunda strategiyanın pərdə arxasında nələrin olduğu görünməyə başlayır. Bəli, Amerikanın özündə də zəngin ehtiyatlar var. Heç də ABŞ kimi bir ölkə resurslardan məhrum olmayıb. Dünyada ən böyük karbohidrogen ehtiyatlarının olduğu coğrafiyadan biri də Amerikadır. Məsələ burasındadır ki, Amerikanın enerji resursları amerikalılara daha baha başa gəlir. Resurslar daha dərində “gizlənir” və müxtəlif süxurların layları altında yerləşir. Onların çıxarılması çətin və ətraf mühit üçün təhlükəli hesab olunur. Ona görə də başqalarının resurslarına göz dikilməsi tamamilə anlaşılandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı

13 Fevral 2025 04:02see128

Stresi atmaq üçün göbəklərinə sürtürlər

13 Fevral 2025 04:04see125

2025 ci ilin 6 ən yaxşı smartfonu SİYAHI

13 Fevral 2025 12:16see121

Liverpul derbisində 4 qol

13 Fevral 2025 01:35see120

Prezident İlham Əliyev Çin telekanalına müsahibəsində ölkəmizin hədəflərini dünyaya bir daha bəyan etdi

13 Fevral 2025 17:49see118

ÇL: Bayern Münhen Şotlandiyada sevindi, Milan məğlub oldu

13 Fevral 2025 02:28see118

Jorje Jezuş: “Salahı “Əl Hilal”da görmək istəyərəm”

12 Fevral 2025 23:19see118

Android işlədənlərin NƏZƏRİNƏ

13 Fevral 2025 19:24see115

ABŞ də qadın 3 qızını öldürüb, intihar etdi FOTOLAR

13 Fevral 2025 12:16see112

Səfir “TRT Avaz”ın yeni rəhbəri ilə görüşüb, müzakirələr aparıb

13 Fevral 2025 03:23see112

Paşinyanın Qərbi Azərbaycan İcması barədə iddiaları reallığı təhrif edir Deputat

13 Fevral 2025 00:47see112

Yanacaqdoldurma məntəqəsində müştərini döyən qardaşlar məhkəmə zalından həbs edildi

13 Fevral 2025 09:51see110

Zelenski Poroşenkoya qarşı sanksiyaları şərh etdi

13 Fevral 2025 00:54see110

Azərbaycanda fəaliyyət göstərən RADİOLAR

13 Fevral 2025 16:25see108

ABŞ müdafiə naziri: Trampın Putin və Zelenski ilə danışıqları sülhə gətirib çıxaracaq

13 Fevral 2025 12:15see108

Yeni əməkdaşlıq perspektivi...

13 Fevral 2025 09:55see108

Mövsümün sonunda İtaliya nəhənginə keçəcək Mourinyo razılıq verdi

13 Fevral 2025 09:45see108

Seul: Pxenyan arıllıq zamanı KXDR də qalan ailələr üçün tikilmiş binanı sökür

13 Fevral 2025 08:31see107

Tottenhem də bir dövrün sonu

13 Fevral 2025 12:16see106

Orta dəhliz: Azərbaycan Çin münasibətlərinin modern bağı TƏHLİL

13 Fevral 2025 11:36see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri