Icma.az
close
up
RU
Bakıda minifutbol bayramı: Millimizin ikinci cəhdi

Bakıda minifutbol bayramı: Millimizin ikinci cəhdi

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Sabah minifutbol üzrə dünya çempionatının startı veriləcək.

İdman.biz xəbər verir ki, tarixdə ilk dəfə Azərbaycanda təşkil olunan yarışın oyunlarına Milli Gimnastika Arenası ev sahibliyi edəcək.

Planetin ən güclü 32 komandası 11 gün ərzində mükafatçıları müəyyənləşdirəcək. 5-ci dəfə təşkil olunan mundialın son medalçıları da Bakıya gəlib. Son çempion Rumıniya, vitse-çempion Qazaxıstan və iki il əvvəl bürüncə yiyələnən Macarfıstan da iştirakçılar sırasındadır.

Ümumiyyətlə, indiyədək dünya çempionu olan 4 yığmadan üçü 2-ci titul üçün mübarizə aparacaq. Bunlar
Çexiya, Rumıniya və ABŞ komandalarıdır. Sabiq çempionlardan yalnız Meksika mundiala gəlməyib. Finala hamıdan çox – 3 dəfə çıxan şimali amerikalıları son anda İndoneziya əvəzləyib.

Milli Gimnastika Arenasına çıxacaq üç çempion və Hindistan tarixlərində 5-ci dəfə dünya çempionatına qatılacaq. Bəhreyn, Çad, İndoneziya, Mavritaniya, Polşa, Sloveniya, Türkiyə və Özbəkistan isə mundiallarda debüt edəcək.

il

yer

Çempion

II yer

III yer

2015

ABŞ

ABŞ

Meksika

Braziliya/Rumıniya

2017

Tunis

Çexiya

Meksika

Seneqal

2019

Avstraliya

Meksika

Braziliya

Rumıniya

2023

BƏƏ

Rumıniya

Qazaxıstan

Macarıstan

Çempionatın iştirakçıları qrup mərhələsində səkkiz “dördlük”də mübarizə aparacaq. Millimiz meydan sahibi kimi A qrupunda yer alıb. Elşad Quliyevin baş məşqçisi olduğu komanda Mavritaniya, Sloveniya və Bəhreynlə mübarizə aparacaq.

A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan,
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa,
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina.
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail

Millimiz ilk görüşünə sabah çıxacaq. Rəqib Asiya təmsilçisi olacaq. İki gün sonra Sloveniya, son turda Mavritaniya ilə qarşılaşacaq yığmamız 1/8 finala vəsiqə üçün mübarizə aparacaq.

21 may
21:45. Azərbaycan – Bəhreyn
23 may
20:45. Sloveniya – Azərbaycan
25 may
19:30. Azərbaycan – Mavritaniya

Öz qruplarında ilk iki yeri tutan komandalar mükafatlar uğrunda yoluna davam edəcək. Azərbaycan millisi iki il əvvəl debüt etdiyi mundiallarda tarixi uğur qazanmağa çalışacaq.

BƏƏ-dəki çempionatın qrupunda İraqı 2:0, Misiri 4:1, Küveyti 3:1 hesabı ilə məğlub edən komandamız 1/8 finala G qrupunun qalibi kimi yüksəlmişdi. Portuqaliyanı 3:0, Bolqarıstanı 3:1 hesabı ilə yenən yığmamız elə ilk cəhddə yarımfinala qədər irəliləyib. Bu mərhələdə Qazaxıstana 2:3, 3-cü yer uğrunda qarşılaşmada Macarıstana 1:3 hesablı ilə uduzan Quliyevin yetirmələri özünün ilk dünya çempionatını 4-cü yerdə başa vurublar. Mükafatın bir addımlığında qalan komandamız bu dəfə sadəcə mükafat deyil, çempionluğa köklənib.

Qeyd edək ki, dünya çempionatının mayın 21-də təşkil olunacaq açılış mərasimi saat 19:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 May 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri