On ölkə Rusiyaya qarşı ittifaq qurur
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniya Şimali Avropa ölkələrindən olan müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı mübarizə məqsədilə yeni dəniz tərəfdaşlığının yaradılmasına dair saziş imzalayacaq.
Bu barədə Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi marşal Riçard Nayton "Financial Times”a müsahibəsində bildirib.
Yeni tərəfdaşlıq 2014-cü ildən Böyük Britaniyanın komandanlığı altında fəaliyyət göstərən Birgə Ekspedisiya Qüvvələrinin (Joint Expeditionary Force – JEF) modelinə əsaslanacaq. Bu regional müdafiə ittifaqı Şimali Avropanın 10 ölkəsini əhatə edir: Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya.
"JEF anlaşma memorandumları, fikir mübadilələri və görüşlər çərçivəsindən kənara çıxaraq, donanmalarımızın, hərbi hava qüvvələrimizin və quru qoşunlarımızın birlikdə necə fəaliyyət göstərəcəyi ilə bağlı real praktiki addımlara keçəcək”, - Nayton deyib.
Marşalın sözlərinə görə, əsas vəzifələrdən biri müharibə zamanı gəmiçiliyə təhdidlər və hücumların dəf edilməsi üçün sualtı gəmilərin qarşısını almaq imkanına malik olmaqdır.
Baş Qərargah rəisi bu addımların Rusiyaya qarşı yönəldiyini gizlətməyib. O qeyd edib ki, Rusiya Avropa və Böyük Britaniyada sui-qəsd cəhdləri, kiberhücumlar və təxribatlarla məşğuldur: "Bu, yetkinlik yaşına çatandan bəri həyatımın ən təhlükəli dövrüdür. Təhlükə, ilk növbədə Rusiyadan gəlir, həmçinin daha qlobal miqyasda artır”.
JEF üzvləri arasında saziş noyabrın 10-da Osloda Britaniyanın "HMS Prince of Wales” aviadaşıyıcısının göyərtəsində imzalanacaq.
"Avropanın düşmənimizi çəkindirmək üçün yenidən silahlanma və döyüş hazırlığının artırılması istiqamətində səylərini gücləndirməsi tamamilə zəruridir”, - Nayton vurğulayıb.
///Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 09 Noyabr 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















