Icma.az
close
up
RU
Bakıda minlərlə sakin risk altında...

Bakıda minlərlə sakin risk altında...

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bakıda köhnə liftlərin yaratdığı təhlükəsizlik problemi yenidən gündəmə gəlib. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov paytaxtdakı kooperativ yaşayış binalarında quraşdırılmış yüzlərlə liftin istismar müddətinin başa çatdığını diqqətə çatdıraraq bu istiqamətdə dövlət dəstəyinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 35-40 il əvvəl tikilmiş bu binalarda quraşdırılan və hazırda köhnəlmiş vəziyyətdə olan təxminən 1000 liftin mərhələli şəkildə yenilənməsi üçün hökumət tərəfindən xüsusi proqram çərçivəsində vəsait ayrılması zəruridir.

"Bakupost" mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Kooperativ liftlərə xidmət yoxdur.

Araşdırmalara görə, paytaxtda bir çox kooperativ binalarda liftlərin yaşı artıq 40 ilə yaxınlaşır. Bu isə o deməkdir ki, həmin avadanlıqlar normativ istismar müddətini çoxdan başa vurub. Nəticədə bəzi binalarda liftlərin tez-tez dayanması, sıradan çıxması və ya uzun müddət işləməməsi halları müşahidə olunur.

Bakı şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyindən "Kaspi"nin sorğusuna cavab olaraq qeyd edilib ki, sözügedən kooperativ binalarda yerləşən liftlər dövlət mənzil fonduna aid deyil. Ona görə də "Lifttəmir" İstehsalat Birliyi tərəfindən onların dəyişdirilməsi və ya xidməti həyata keçirilmir.

Ekspertlər isə hesab edirlər ki, köhnəlmiş liftlər təkcə narahatlıq yaratmır, həm də təhlükəsizlik baxımından ciddi risklər daşıyır. Mexaniki hissələrin aşınması, elektrik sistemindəki nasazlıqlar və texniki xidmətin çətinləşməsi qəza ehtimalını artırır. Bu baxımdan köhnə liftlərin mərhələli şəkildə yenilənməsi həm sakinlərin təhlükəsizliyi, həm də şəhər infrastrukturunun yenilənməsi baxımından vacib hesab olunur.

Geniş monitorinqlərə ehtiyac var

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, hazırda paytaxtda bir sıra yaşayış binaları özünü maliyyələşdirmə prinsipi əsasında idarə olunur. Onun sözlərinə görə, belə binalarda liftlərin yenilənməsi birbaşa bina sakinlərinin və ya həmin binaları idarə edən mənzil-tikinti kooperativlərinin (MTK) məsuliyyət dairəsinə daxildir. Bununla belə, ekspert vurğulayır ki, məsələnin yalnız idarəetmə və maliyyə öhdəlikləri prizmasından qiymətləndirilməsi düzgün yanaşma olmaz. Çünki söhbət hər gün həmin liftlərdən istifadə edən minlərlə insanın təhlükəsizliyindən gedir.

V.Oruc əlavə edir ki, ölkədə lift təsərrüfatı ilə bağlı müəyyən idarəetmə strukturları mövcud olsa da, bəzi hallarda nəzarət mexanizmləri kifayət qədər effektiv işləmir və sistem daha çox formal xarakter daşıyır. Onun fikrincə, mövcud vəziyyətin real mənzərəsini müəyyənləşdirmək üçün aidiyyəti dövlət qurumları tərəfindən xüsusi komissiya yaradılmalı və geniş monitorinqlər aparılmalıdır.

Bir lift orta hesabla 20-30 min manata başa gəlir

V.Oruc deyir ki, hazırda bazarda liftlərin qiyməti istehsal ölkəsindən və texniki xüsusiyyətlərindən asılı olaraq dəyişir. Əgər söhbət təxminən 1000 liftin dəyişdirilməsindən gedirsə, bir liftin alınması və quraşdırılması orta hesabla 20-30 min manat civarında qiymətləndirilir. Bu məbləğ liftin Rusiya, Çin və ya Avropa istehsalı olmasından, həmçinin onun tutumundan və digər texniki göstəricilərindən asılı olaraq dəyişə bilər.

Ekspert hesab edir ki, yalnız sistemli və mərhələli yanaşma nəticəsində problemin effektiv həllinə nail olmaq mümkündür. Onun fikrincə, məsələ həm təhlükəsizlik, həm də sosial məsuliyyət baxımından son dərəcə aktualdır və bu səbəbdən aidiyyəti icra strukturlarının diqqət mərkəzində olmalıdır. Buna görə də yaxın vaxtlarda bu istiqamətdə konkret qərarların qəbul ediləcəyi və problemin həlli üçün müvafiq addımların atılacağı gözlənilir.

Köhnə binalar sahibsiz qalıb

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə vurğulayır ki, hazırda Bakıda təxminən 11 min istismar müddətini başa vurmuş köhnə çoxmənzilli yaşayış binası mövcuddur. Onun sözlərinə görə, lift problemlərinin yaranmasının əsas səbəblərindən biri əvvəllər JEK-lərin binalara nəzarət etməsi və xidmət göstərməsi, sonradan isə bu səlahiyyətlərin dayandırılmasıdır. Nəticədə köhnə binalar sahibsiz qalıb və liftlərin istismarı yalnız sakinlərin üzərinə düşüb.

Ekspert bildirir ki, yeni tikililərdə liftlərin istismarı daha sistemli həyata keçirilir: "Azərbaycan qanunvericiliyinə görə, çoxmənzilli yaşayış binalarında sakinlər öz idarəetmə sistemlərini qurmalıdırlar. Yeni binalarda sakinlər tərəfindən qurulan idarəetmə sistemi kommunal ödənişləri toplayaraq binaların saxlanılmasını və liftlərin texniki xidmətini təmin edir. Lakin köhnə binalarda müxtəlif idarəetmə strukturları mövcud olsa da, onların fəaliyyəti qənaətbəxş deyil və binalar baxımsız qalır. Bu, problemlərin həllini çətinləşdirir və gələcəkdə xərclərin artmasına səbəb olur".

İdarəetmədə vahid quruma ehtiyac var

E.Fərzəliyev hesab edir ki, Azərbaycanda yaşayış fondunun idarə olunması ilə bağlı vahid qurumun yaradılması vacibdir. Bu qurum vasitəsilə yığılan kommunal pullar səmərəli idarə olunar, gələcəkdə lazım olan xərclər planlı şəkildə qarşılanar və dövlət büdcəsinə əlavə yük düşməz.

Ekspert onu da deyir ki, dövlət büdcəsindən pul ayrılması indiki şəraitdə uzunmüddətli nəticə verməyəcək: "Hər dəfə lift dəyişdirildikdən sonra digər avadanlıqlar da sıradan çıxacaq və yenə maliyyə ehtiyacı yaranacaq. Vahid idarəetmə qurumu vasitəsilə yığılan pulların mərkəzləşdirilmiş idarəsi isə daha effektiv nəticə təmin edə bilər.

E.Fərzəliyevin sözlərinə görə, köhnə liftlərin dəyişdirilməsi mərhələli şəkildə aparılmalıdır: "Bütün liftləri birdəfəlik dəyişdirmək fiziki olaraq mümkün deyil və buna işçi qüvvəsi yetməz".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Avqust 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri