Bakıda motosikletçini avtomobil vurub
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev və Zərifə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, Tahir Məhərrəmov idarə etdiyi motosikletlə kəsişmədən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Fakt araşdırılır.
Baxış sayı:89
Mənbə:https://ayna.az