Bakıda müəllim valideynlə mübahisədən sonra ölüb? AÇIQLAMA (YENİLƏNİB)
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
25 nömrəli məktəbdən müəllimin valideynlə mübahisədən sonra ölməsi iddiası ilə bağlı açıqlama verilib.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb. Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib:
“Rəhmətə gedən müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Allah rəhmət eləsin, məktəbin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
*** 23:20
Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.
"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.
Belə ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.
O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Fevral 2025 01:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















