Icma.az
close
up
RU
Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi

Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi

Icma.az, Milli.az saytına istinadən bildirir.

Jurnalist Qənirə Ataşovanın araşdırması nəticəsində bir vətəndaşın diş həkimi adı altında fəaliyyət göstərən bir şəxs tərəfindən aldatılması barədə məlumat ortaya çıxıb.
Milli.Az xəbər verir ki, araşdırma zamanı həmin şəxs həkimlik diplomu belə olmadığı üzə çıxıb. 

Şikayətçi bildirir ki, "instaqram" sosial şəbəkəsində "Dr. Farid Əşrəfli" adlı bir səhifə ilə qarşılaşıb. Həmin səhifədə bir çox məşhurun dişlərini düzəltdiyi haqqında paylaşımlar görən vətəndaş həkimə müraciət etməyə qərar verir. Dişlərini düzəltmək üçün həmin şəxs əvvəlcə "Nəbz" klinikasına yönləndirilir ki, dişlərinin rentgeni çəkilsin. Ardınca "Dent House" klinikasına gəldikdə isə məlum olur ki, həmin şəxs burda həkim yox, əslində mühafizə işində çalışır. 

Pasient klinikada digər həkim Anar Əmiraslanov ilə görüşür. Həkim və mühafizəçi olan Fərid özlərini diş həkimi kimi təqdim edərək, pasienti müayinə edirlər. Şikayətçi əvvəlki Nərimanovdakı "8 Dent" klinikası, indiki adı ilə "Dental Klinika"da həkim kabinet alaraq fəaliyyət göstərdiyini bildirib. İlk müayinədən sonra bir gün ərzində pasientin 5 dişi çəkilir. Şikayətçi qeyd edir ki, bu dişlər çox çətinliklə çəkilib və sonradan məlum olub ki, həmin dişlər sağlam imiş. Həkim pasientdən ilk olaraq 1000 manat, sonra isə 2000 manat alaraq, implant sifariş edəcəyini bildirir. Ümumilikdə pasientin 22 500 manat ödəyərək 11 dişin çəkilməsi və 15 implantın qoyulmasını planlaşdırılır. Həkim hər bir implantın qiymətini 1500 manat olaraq göstərir. Lakin müalicələr nəticəsində pasientin üst çənəsində sümük qırıqları meydana gəlir və digər həkimlər bu yerə süni sümük yerləşdirilməli olduğunu bildirir.

Pasient həmçinin bacısını da həmin həkimin yanına apararaq müayinə etdirib. Bacısının da üst qapaq dişlərinin səliqəsiz şəkildə çıxarıldığını və çox ağrılı bir prosedur keçirdiyini qeyd edib.

Xatırladaq ki, mətbuatda daha əvvəl də bu məsələ işıqlandırılıb. 

"Dent House Baku " klinikasının həkimi Anar Əmiraslanov mətbuata açıqlamasında qeyd etmişdi ki, bu iddialar şər böhtandır.

"Bizim klinikada Fərid Əşrəfli adlı həkim işləməyib. Həmin şəxs iş üçün bizə müraciət etmişdi. Biz ondan diplomunu tələb etdik. Bildirdi ki, Ukraynada oxuyub və diplomunun təsdiqini gözləyir. Daha sonra bir neçə dəfə bizim mərkəzə gəldi. Həmin qadın bizim mərkəzə gəlib, Fərid adlı həkimi soruşanda əməkdaşlarımız ona bizim klinikada belə həkim çalışmadığını bildiriblər. Bu məsələdə mənim adımın hallandırılması heç nəyə əsaslanmır",-deyə Anar Əmiraslanov bildirib.

Qeyd edək ki, DİN tərəfindən 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı ciddi araşdırmalara başlanılıb.
Aysel Əkbər
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Dekabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri