Bakıda mühüm forum keçirilir
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir.
Globalinfo.az bildirir ki, tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, hakimlər, həmçinin dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Forum çərçivəsində üç panel sessiyanın keçirilməsi nəzərdə tutulur: iştirakçılar “Rəqəmsallaşma və süni intellektin tətbiqi”, “İnzibati orqanların fəaliyyətində məhkəmənin rolu: təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi, bərabər yanaşma və etimadın qorunması” və “Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar” mövzusunda müzakirələr aparacaqlar.
Bundan başqa, tədbir çərçivəsində Hakimlər İttifaqının illik hesabatı təqdim olunacaq və Məhkəmə-Hüquq Şurasının üzvlüyünə seçkilər keçiriləcək.
Baxış sayı:119
Bu xəbər 20 Fevral 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















