Icma.az
close
up
RU
Bakıda mühüm konfrans başladı Foto

Bakıda mühüm konfrans başladı Foto

Icma.az bildirir, Axar.az portalına istinadən.

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı öz işinə başlayıb.

Axar.az xəbər verir ki, əvvəlcə konfrans çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxili xidmət general-polkovniki Aleksandr Çupriyan arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası arasında əməkdaşlıq məsələləri və Bakıda keçirilən konfrans barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sonra konfransın açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan, Özbəkistan Respublikasının fövqəladə hallar naziri Botir Kudratxocayev, Federasiyaya üzv ölkələrdən – Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Çin, Çex Respublikası, Hindistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan, Kamerun, Latviya, Monqolustan, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya, Serbiya, Slovakiya və Vyetnamdan, eləcə də Federasiyanın tərəfdaş şirkətlərindən ümumilikdə 100 nəfərdən artıq nümayəndə, habelə videokonfrans formatında Türkiyə və Qırğızıstan təmsilçiləri iştirak ediblər.

Konfransın açılışında Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov salamlama nitqi ilə çıxış edib.

Qonaqları səmimi salamlayan nazir K.Heydərov beynəlxalq konfransın ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb, bu mötəbər tədbiri yanğınsöndürmə və xilasetmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsi, yeni təcrübələrin və qabaqcıl yanaşmaların öyrənilməsi baxımından vacib platforma kimi qiymətləndirib.

Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması tarixinə qısa ekskurs edib, ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əhali və ərazilərin təhlükəsizliyi məsələlərini daim diqqətdə saxladığını vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dövlət başçısının diqqət və qayğısı sayəsində istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq imkanına malik peşəkar dövlət orqanı kimi formalaşdığını qeyd edib.

Nazir K.Heydərov Fövqəladə Hallar Nazirliyinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, dövlət başçısının tapşırıqlarına əsasən dünyanın müxtəlif regionlarında aparılmış xilasetmə əməliyyatlarından, fəlakət zonalarına çatdırılmış humanitar yardımlardan bəhs edib.

Fövqəladə hallar naziri bu il Ər-Riyad şəhərində keçirilmiş yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XX və qadınlar arasında XI Dünya Çempionatının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyinə təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan konfransın təşkilində göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib. A.Çuprian təbii və texnogen fövqəladə hadisələrin artdığı müasir dünyada yanğınsöndürən və xilasedici peşəsinin əhəmiyyətinə toxunub, onların peşəkar hazırlıq səviyyəsinin daim artırılmasının vacibliyini bildirib. Bu baxımdan belə tədbirlərin keçirilməsinin sözügedən peşə sahibləri arasında səmərəli təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Konfransda Aleksandr Çupriyan tərəfindən nazir Kəmaləddin Heydərova Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının “Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə” medalı təqdim olunub.

Sonra konfrans öz işini davam etdirib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən və dekabrın 6-na kimi davam edəcək konfransın gündəliyinə yanğın-xilasetmə idmanının inkişafı, bu idman növü üzrə keçirilmiş son dünya çempionatının təhlili, habelə 2026-cı ildə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatlarının təşkili və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri