Bakıda qadınlarla bağlı mühüm konfrans başladı
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı keçirilir.
Axar.az xəbər verir ki, konfransda "Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları" və "Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi" mövzusunda panel müzakirələri təşkil ediləcək.
Tədbirin davamında AQEM Qadınlar Şurasının ilk iclası planlaşdırılıb.
Tədbirin proqramına görə, yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və AQEM-in Baş katibi Kayrat Sarıbay mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar.
Qeyd edilib ki, iclasın məqsədi AQEM-in üzv dövlətləri arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatın rəsmi tətbiqidir.
Baxış sayı:118
Bu xəbər 14 Aprel 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















