Bakıda mütəmadi tıxaclara görə bəzi marşrutların hərəkət sxemi dəyişdirilir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, fevralın 7-dən 32 və 120 nömrəli xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəsi ilə təşkil ediləcək.
Qeyd edək ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə edilən nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını alacaq, marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.
Bu mövzuda digər xəbərlər:Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir
16 Mart 2025 17:02
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
23 May 2025 20:57
Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLİR
18 Dekabr 2024 11:58
Bakıda yeni marşrut xətti istifadəyə verilir, bəzi marşrutların hərəkət sxemi dəyişdirilir AZƏRTAC
17 Dekabr 2024 00:45
Baxış sayı:147
Bu xəbər 06 Fevral 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















