Bakıda oğlunu öldürən ata ilə bağlı QƏRAR
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Apellyasiya Məhkəməsində oğlunu qəsdən öldürməkdə təqsirləndirilən Ramiz İsrafilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin aprelində Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Ramiz İsrafilov aralarında yaranmış mübahisə zamanı oğlu - 1990-cı il təvəllüdlü Kamran İsrafilovu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ramiz İsrafilov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov


