Icma.az
close
up
RU
Bakıda övladını dənizə atan ana 14 il həbs oluna bilər

Bakıda övladını dənizə atan ana 14 il həbs oluna bilər

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bakıda dəhşətli hadisə baş verib. 

Belə ki, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində 41 yaşlı qadın yeni doğulmuş körpəsini dənizə ataraq öldürüb. Hadisə noyabrın 11-də qeydə alınıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova saxlanılıb. 

Körpənin meyitinin tapılması istiqamətində axtarışlar və prokurorluqda araşdırmalar davam edir. Hadisə ilə bağlı yaranan suallardan biri körpəsini dənizə atan ananı hansı cəzanın gözləməsidir. Bu, sadəcə uşağı tərk etmə və ya ondan imtina kimi qiymətləndirilmir. Faktiki olaraq yeni doğulmuş körpənin həyatına son qoymaq və onu ölümə tərk etmək kimi ağır bir cinayətdir. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, yeni doğulmuş körpənin öldürülməsi ilə bağlı məsuliyyət Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə qiymətləndirilə bilər. O qeyd edib ki, Maddə 121 (“Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi”) və Maddə 120 (“Qəsdən adam öldürmə”) Azərbaycan Cinayət Məcəlləsində bu kateqoriyadan olan əməllərin hüquqi qiymətləndirilməsini müəyyən edən əsas normalardır: 

“Maddə 121 doğuş anı və ya doğuşdan dərhal sonra baş verən və ananın həmin dövrdəki psixofizioloji vəziyyətinin nəzərə alındığı xüsusi hal kimi tətbiq olunur və maksimum 3 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Qanunvericilik bu yüngülləşdirici normanı qadının doğuş prosesində emosional və psixi sabitliyinin ciddi şəkildə pozula bilməsi ilə əsaslandırır. 

Lakin əgər körpənin öldürülməsi doğuşdan sonra müəyyən vaxt keçdikdən, ananın vəziyyətinin sabitləşdiyi mərhələdə baş veribsə, artıq Maddə 121 tətbiq edilmir və Maddə 120, yəni qəsdən adam öldürmə tərkibi ilə qiymətləndirilir. Bu halda cəza 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə təşkil edir”. 

Roman Qaraşov vurğulayıb ki, hadisənin hüquqi tövsifi tibbi sənədlər, ekspert rəyləri və faktiki hallar əsasında fərdi qaydada müəyyən edilir: 

“Beynəlxalq tədqiqatlar göstərir ki, anaların doğuşdan sonrakı dövrdə törətdikləri bu tip cinayətlər çox zaman psixoloji gərginlik, depressiv pozuntular, sosial təcrid və ağır emosional vəziyyətlərlə bağlı olur. Bir çox ölkələrdə məhz bu həssas dövrü nəzərə alaraq ayrıca tənzimləmə mexanizmləri tətbiq edir. 

Bununla belə, hüquqi məsuliyyət yalnız ekspertiza nəticəsində ananın həmin an davranışına nəzarət imkanının məhdud olduğu sübuta yetirilərsə dəyişə və ya yüngülləşdirilə bilər, əks halda fakt üzrə ciddi cəza tədbirləri görülür”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: Övlad dəniz Roman Qaraşov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri