Bakıda özünü iş adamı kimi təqdim edən şəxs tutuldu 300 min manatlıq qalmaqal
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda özünü iş adamı və Asiya ölkələrindən, eləcə də Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Mia.az xəbər verir ki, tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 34 yaşlı Azər Şirvanzadə Xətai RPİ-də barəsində başlanan cinayət işi üzrə məsuliyyətə cəlb edilib.
A.Şirvanzadənin özünü müxtəlif şirkətlərin direktoru kimi təqdim etməklə icarəyə götürdüyü avtomobilləri lizinq yolu ilə satması və xaricdən avtomobil gətirmək vədi ilə 19 vətəndaşın 300 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilib.
Onun digər dələduzluq əməlləri istisna edilmir, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq hərəkətləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 15 May 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















