Bakıda polisdən qaçmaq istəyən sürücünü anası İFŞA ETDİ
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Xəzər rayonunda nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən vətəndaş inzibati məsuliyyətə cəlb edilib.
Oxu.Az-ın "Teleqraf"a istinadla verdiyi məlumata görə, Yol Patrul Xidməti (YPX) inspektorları tərəfindən saxlanılan sürücü B.D. xüsusi texniki vasitə - alkotester vasitəsilə yoxlanılıb.
Yoxlama zamanı cihaz şəxsin spirtli içki qəbul etdiyini təsdiqləsə də, sürücü ilkin olaraq nəticə ilə razılaşmayıb və onun yanlış göstərdiyini iddia edib. Lakin hadisə yerində sürücünün anası patrul maşınına yaxınlaşaraq oğlunun həqiqətən spirtli içki qəbul etdiyini və onların qonaqlıqdan qayıtdıqlarını etiraf edib.
Valideyninin bu açıqlamasından sonra sürücü müqavimət göstərməyi dayandırıb, sərxoşluq halının təyini ilə bağlı protokolu imzalayıb və spirtli içki qəbul etdiyini yazılı şəkildə təsdiqləyib.
İnzibati xəta törədilməsi barədə toplanmış materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə 1995-ci il təvəllüdlü vətəndaş barəsində 400 manat məbləğində cərimə tətbiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Fevral 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















