Icma.az
close
up
RU
Bakıda Qazaxıstan Respublikasının Vətən Müdafiəçisi Günü qeyd olunub

Bakıda Qazaxıstan Respublikasının Vətən Müdafiəçisi Günü qeyd olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 7 may, AZƏRTAC

Qazaxıstanın Azərbaycandakı səfirliyində Qazaxıstan Respublikasının Vətən Müdafiəçisi Gününə həsr olunmuş rəsmi qəbul mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı, I dərəcəli kapitan Şahin Məmmədov və Azərbaycan Ordusunun digər zabitləri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri iştirak ediblər.

Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayel tədbir iştirakçılarını Azərbaycan dilində salamlayaraq bildirib: "Bu gün Qazaxıstan və Azərbaycan strateji tərəfdaş və müttəfiqdirlər. Sevindirici haldır ki, əməkdaşlığımız digər sahələrdə olduğu kimi, hərbi sahədə də intensiv və uğurlu şəkildə inkişaf edir. Qeyd etmək istəyirəm ki, Qazaxıstan-Azərbaycan qardaşlığı əbədi olacaq".

O, çıxışını ingilis dilində davam etdirib: "1992-ci il mayın 7-də Respublika Prezidenti suveren Qazaxıstanın Silahlı Qüvvələrini təsis etdi. Həmin gündən bu tarix hərbi vəzifəyə sədaqətin, igidliyin, vətənpərvərliyin və xalqa xidmətin rəmzinə çevrilib. Bu gün biz Qazaxıstan Respublikasının müstəqilliyinin və suverenliyinin keşiyində dayananları hiss edirik. Biz Türk xaqanlığından, Qızıl Orda və Qazax xanlığından başlayaraq müasir Qazaxıstana qədər ölkəmizin müdafiəsinə həyatını həsr edən hər kəsə və bu missiyanı bu gün şərəflə yerinə yetirənlərə hörmətimizi bildiririk. Bizim strateji məqsədimiz heç vaxt qarşıdurma olmayıb. Məqsədimiz etimada əsaslanan, qarşılıqlı anlayış və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan davamlı əlaqələrin inkişafıdır. Qazaxıstan Respublikası beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və kollektiv təhlükəsizlik prinsiplərinə əsaslanan sülhpərvər, balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdür. Bu gün ölkəmiz beynəlxalq sülh və sabitliyə töhfə verir".

Diplomat həmçinin bildirib ki, 80 il əvvəl bəşər tarixinin ən dağıdıcı müharibəsi başa çatıb: "Həmin müharibə zamanı Qazaxıstandan 1 milyon 200 mindən çox vətəndaş səfərbər olunmuşdu. Onlardan 600 mindən çoxu döyüş meydanlarında həlak oldu. Bu gün həmin müharibənin qəhrəmanlarını yad edərkən hər birinizə sülh və firavanlıq arzulayıram".

Tədbirin bədii hissəsində müxtəlif musiqi çıxışları, o cümlədən, azərbaycanlı dombraçı Adnan Əmirli və Qazaxıstandan "Səs Azərbaycan" yarışmasının iştirakçısı, müğənni Sanat Asuatın çıxışları təqdim olunub.

Hərbi-analitik "Global Firepower" portalının məlumatına əsasən, Qazaxıstan 2025-ci il üzrə hərbi güc reytinqində 145 ölkə arasında 57-ci yeri tutur. Bu, 2023-cü ildəki 63-cü yerə nisbətən irəliləyişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 04:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri