Bakıda qazıntı aparan “qızılaxtaranlar” saxlanıldı Video
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Qaradağ rayonunda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar.
“Onlar qoruqdakı mədəni sərvət hesab olunan qayaların dibində qazıntı işləri apararaq xüsusi maddi dəyəri olan əşyalar talamağa cəhd göstərib və nəticədə mədəni sərvətlərin yararsız hala salınmasına səbəb olublar.
Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Kamil Ömərov, 59 yaşlı Məmmədrəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlı Niyaməddin Əliyev və 47 yaşlı Elşad İsgəndərov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər öz əməllərini mobil telefonları vasitəsilə də lentə alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Bakıda narkokuryer saxlanıldı VİDEO
02 Dekabr 2025 16:48
Bakıda əməliyyat: qadın saxlanıldı Video
14 May 2025 13:48
Bakıda əməliyyat: yeniyetmə saxlanıldı Video
03 Mart 2025 15:20
Bakıda əməliyyat Narkokuryerlər saxlanıldı (VİDEO)
13 Dekabr 2024 10:35
Bakıda əməliyyat: qardaşlar saxlanıldı Video
19 Yanvar 2026 16:26
Baxış sayı:71
Bu xəbər 20 Fevral 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















