Bakıda “Qış nağılı” beynəlxalq gimnastika turniri keçiriləcək
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
4 dekabr tarixində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “Qış nağılı” adlı beynəlxalq turnir keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, qış mövsümünə xüsusi rəng qatacaq bu yarış müxtəlif ölkələrdən olan gənc gimnastları bir araya gətirəcək. Turnir çərçivəsində gimnastlar öz məharətlərini nümayiş etdirərək zəriflik, çeviklik və bədii ifadə imkanlarını birləşdirən maraqlı çıxışlarla tamaşaçıların qarşısına çıxacaqlar. Qışın sehrli ab-havasında keçiriləcək yarış idmanın gözəlliyini və gimnastikanın özünəməxsus estetik dünyasını nümayiş etdirmək üçün gözəl fürsət yaradacaq.
“Qış nağılı” beynəlxalq turniri xarici ölkələrin gimnastika federasiyalarının, klubların və yerli gimnastika ictimaiyyətinin iştirakı ilə gimnastların təcrübə mübadiləsinə, bacarıqlarını inkişaf etdirməsinə və beynəlxalq arenada özlərini göstərməsinə şərait yaradacaq.
Qeyd edək ki, turnirə dekabrın 6-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Noyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















