Icma.az
close
up
RU
Bakıda qutabı 75 manata satan iş adamı Rusiyaya 1.5 milyard aparıb

Bakıda qutabı 75 manata satan iş adamı Rusiyaya 1.5 milyard aparıb

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Bugünlərdə sosial mediada “Bakıda qutabı 75 manata satması” ilə gündəmə gələn  iş adamı Araz Mehdiyev haqqında yeni və maraqlı məlumatlar üzə çıxıb.

Xatırladaq ki, bu barədə məlumatda məşhur “Cənnət Gəncə” restoranından bəhs olunurdu.
Gununsesi.info-ya daxil olan məlumatda isə məlum olub,  “Cənnət Gəncə” restoranını icarəyə götürən Araz Mehdiyev əslində çox imkanlı iş adamı olub.

Belə ki, Araz Mehdiyevin özü  və dostları ilə əlaqəli şirkətin  Rusiyaya 2.5 milyard dollar nağd pul gətirdiyi üzə çıxıb.
Bu barədə dünyanın nüfuzlu “Reuters” agentliyinin məlumatını redaksiyamıza təqdim edən mənbəmiz bildirib ki, beynəlxalq sanksiyalara baxmayaraq, Rusiyaya 2,3 milyard dollar və avro məbləğində nağd xarici valyuta gətirilib.

Araşdırmaya görə, Rusiyaya gətirilən nağd valyutanın təxminən 1,5 milyard dolları “Aero-treyd” şirkətinin payına düşüb. Şirkətin Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsi ilə əlaqəli olduğu bildirilir.

Məlumata görə, 2022-ci ilin martından 2023-cü ilin dekabrınadək şirkət hər biri 20 milyon dollar olmaqla, ümumilikdə 73 valyuta partiyasını bəyan edib.

Bununla belə, “Aero-treyd” Rusiyaya valyuta tədarükü ilə məşğul olmadığını bildirib.

“Aero-treyd” iş adamı Andrey Martınyukun ailəsinə məxsusdur. Şirkət Moskvanın Vnukovo hava limanı da daxil olmaqla, Rusiyanın beş şəhərindəki hava limanlarında rüsumsuz ticarət (duty-free) mağazalarını idarə edir.

Araşdırmada qeyd olunur ki, 2017–2020-ci illərdə şirkətin idarəçiliyi Martınyukdan əslən azərbaycanlı olan Yaşar Nəbiyevə keçib.

“Getcontact” tətbiqinin məlumatlarına əsasən, Nəbiyevin telefon nömrəsi bəzi istifadəçilərdə “Yaşar Araz Mehtiyev” və “Arazın köməkçisi” adları ilə qeyd olunub.

Araşdırma müəllifləri ehtimal edirlər ki, burada azərbaycanlı iş adamı Araz Mehdiyev nəzərdə tutulur. Onun Yaşar Nəbiyevlə əlaqəli olduğu bildirilir. Hər iki şəxsin digər iş adamı Seymur Aslanovla birlikdə rüsumsuz ticarət sahəsində fəaliyyət göstərdiyi qeyd olunur.

Araz Mehdiyev Moskva hava limanlarında duty-free biznesinin əsas fiqurlarından biri kimi təqdim edilir. O, Şeremetyevo və Domodedovo hava limanlarında fəaliyyət göstərən iri rüsumsuz ticarət operatorlarının ortaq sahibidir.

Seymur Aslanov vasitəsilə Mehdiyevin İsveçrənin Avolta şirkəti ilə də biznes əlaqələrinin olduğu bildirilir. Avolta Vnukovo hava limanında mağazalar idarə edir.

Valyutanın gömrük rəsmiləşdirilməsi Domodedovoda aparılıb

“Reuters”in məlumatına görə, “Aero-treyd” və Araz Mehdiyev Domodedovo hava limanında Mehdiyevə məxsus duty-free operatorundan müəyyən avadanlıqları icarəyə götürüblər.

Rusiyaya gətirilən nağd valyutanın gömrük rəsmiləşdirilməsi də məhz Domodedovo hava limanında aparılıb.

Araşdırmalarda Araz Mehdiyevin bu yüksəlişinə səbəb isə onun keçmiş qaynatası olan  Putinin universitet yoldaşı İlham Rəhimovun rolu danılmazdır.

On milyonlarla vəsaitin idarə olunmasında birbaşa iştirak edən Araz Mehdiyevin Bakıda icarəyə götürdüyü restoranda qutabı 75 manata satması isə təəccübə və suallara səbəb olub.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Sentyabr 2026 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri