Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır FOTO
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır.
APA xəbər verir ki, “Rus Evi”nin əməkdaşları divardakı tabloları çıxarır, əşyaları daşıyırlar.
Qeyd edək ki, Bakıdakı “Rus Evi” bu gün açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar
olaraq, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.
Eyni zamanda, bu gün Bakıda “Rus Evi”nin yerləşdiyi binadan mərkəzin
adının rus dilində yazılmış hissəsi sökülüb.
Xatırladaq ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə
xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















