Bakıda rusca filmlər kinoteatrları başına aldı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan kinoteatrlarında nümayiş olunan əksər xarici filmlərin əsasən rus dilində dublyajla təqdim edilməsi tamaşaçılar arasında narazılıq yaradıb. Hətta orijinal dili ingilis olan filmlər də rus dilində səsləndirilir. Eyni zamanda, Azərbaycan dilində təqdim olunan subtitrların keyfiyyəti də müzakirə mövzusudur.
Məsələ ilə bağlı xalq şairi, Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı Kult.az-a açıqlamasında bildirib ki, bu, qətiyyən doğru hərəkət deyil.
“Yalnız türk dilində olan filmlər bizdə dublyaj olunmamalıdır. Lakin dünyanın harasından gəlirsə gəlsin, qalan bütün filmlər Azərbaycan kinoteatrlarında göstərilirsə, dublyaj olunmalıdır. Bu, müstəqil dövlətçiliyin əsas tələblərindən biridir. Müstəqil dövlətçilikdə boşluq buraxmaq olmaz.
Əgər sən boşluq buraxsan, o boşluğu düşmən qüvvələr doldurar. Filmlər dublyaj olunmadan gedirsə, bu, o sahədə çalışan məmurların, bu sahəyə başçılıq edənlərin birbaşa günahıdır”, - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 İyul 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















