Icma.az
close
up
RU
Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ), Fransa, İsveçrə və Belçikanın ölkəmizdəki səfirliklərinin təşkilatçılığı ilə Bakıda Frankofon Filmlər Festivalı keçiriləcək.

AKİ-dən AZƏRTAC-a bildirilib ki, festivalın əsas məqsədi frankofon ölkələrin zəngin kino irsini Azərbaycan tamaşaçılarına tanıtmaq, müxtəlif mədəniyyətlər arası dialoqu təşviq etmək və dünya kinosunun diqqətəlayiq nümunələrini geniş auditoriyaya çatdırmaqdır.

Festival proqramına Fransa, Belçika və İsveçrə kinematoqrafiyasını təmsil edən dörd film daxildir. Noyabrın 17-i, festivalın ilk açılış günü “Qardaşlar orkestri” (En fanfare / The Marching Band, 2024) fransız rejissor Emmanuel Kurkolun musiqili dram-komediyası nümayiş olunacaq. Film dünyaşöhrətli orkestr dirijorunun indiyədək varlığından xəbərsiz olduğu qardaşını tapmasından bəhs edir. Məktəb yeməkxanasında çalışan və yerli nəfəs alətləri orkestrində trombon ifa edən qardaşı ilə tamamilə fərqli sosial mühitlərdə böyüyən dirijor arasında gözlənilməz yaxınlıq yaranır. Uşaqlıqda ayrı düşmüş iki qardaşın bir-birini tanımaq, anlamaq və qəbul etmək cəhdləri fonunda film ailə bağları, sosial bərabərsizlik və musiqinin insanları birləşdirən gücü haqqında təsirli hekayə təqdim edir.

Noyabrın 24-ü isveçrəli rejissor Siril Şoyblinin “Unrest” (Unrueh, 2022) tarixi dramı nümayiş olunacaq. XIX əsrin sonlarında İsveçrənin kiçik bir saat istehsalı şəhərində yeni texnologiyalar həyatı dəyişdirir. Gənc fabrik işçisi Josephine saatların mexaniki ürəyi olan “Unrueh” adlı mexanizmini istehsal edir. Pulun, zamanın və əməyin təşkilinin yeni formaları ilə üzləşən Josephine yerli anarxist saat ustaları hərəkatında fəal iştirak etməyə başlayır. Orada o, rusiyalı səyyah və kartoqraf Pyotr Kropotkinlə tanış olur.

Dekabrın 1-i belçikalı rejissorlar Jan-Pyer və Lük Darden qardaşlarının “Velosipedli uşaq” (Le Gamin au vélo, 2011) filmi nümayiş olunacaq. Film atasının sevgisini və qayğısını axtaran azyaşlı oğlanın hekayəsi vasitəsilə ailə münasibətləri, sosial məsuliyyət və insan həmrəyliyi mövzularına toxunur.

Dekabrın 8-i fransız rejissor Klod Şabrolun ilk tammetrajlı bədii filmi olan “Yaraşıqlı Serj” (Le Beau Serge, 1958) filmi nümayiş olunacaq. Fransız yeni dalğasının formalaşmasında mühüm yer tutan ekran əsəri dostluq, mənəvi məsuliyyət və insan münasibətlərindəki ziddiyyətlərdən bəhs edir.

Festivalın proqramı həm klassik, həm də müasir Avropa kinosunun müxtəlif bədii yanaşmalarını bir araya gətirir. Seçilmiş filmlər vasitəsilə tamaşaçılar fərqli dövrlərin, cəmiyyətlərin və insan talelərinin kino dilində ifadəsi ilə tanış olmaq imkanı qazanacaqlar.

Filmlər hər həftənin ikinci günü saat 19:00-da “CineMastercard Azərbaycan” kinoteatrında nümayiş olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsini və dünya kinosunun dəyərli nümunələrinin yerli auditoriyaya çatdırılmasını fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Frankofon Filmlər Festivalı da bu istiqamətdə həyata keçirilən təşəbbüslərin davamıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri