Icma.az
close
up
RU

Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı AQTA bağladı

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Binəqədi rayonunda yerləşən "Elmed Tibb Mərkəzi” klinikasının 1-ci mərtəbəsində yerləşən 28 m²-lik qəssabxana bağlanıb. Qaynarinfo-nun məlumatına görə, klinikanın direktoru və qanuni təmsilçisi Ramin Quliyev sözügedən 28 m² qeyri-yaşayış sahəsini qəssabxana kimi işlətmək üçün Əli adlı şəxsə icarəyə verib.

Əli həmin qəssabxanada əsaslı təmir işləri apararaq 20 min manat xərc çəkib. Ramin Quliyev isə bir müddət sonra həmin ərazidən çıxmasını tələb edib. Əli isə klinika direktoruna, çəkdiyi 20 min manat xərci ödəmədən ərazidən çıxmayacağını bildirib.

Nəhayət, Ramin Quliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib. AQTA-nın Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən ət satışı mağazasında yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkar edilib. Bununla əlaqədar olaraq cavabdehin fəaliyyətinə qadağa qoyulub.

Ramin Quliyev AQTA-nın bu qərarından yararlanaraq məhkəməyə müraciət edib.

O, iddia edib ki, ona məxsus olan 1338.7 m²-lik qeyri-yaşayış sahəsinin 40 m²-lik hissəsi Əli tərəfindən qanunsuz olaraq zəbt edilib. Bu ilin aprel ayında AQTA tərəfindən yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkarlanıb. O, dəfələrlə ərazinin boşaldılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymayıb və ərazini boşaltmayıb. Beləliklə, onun mülkiyyət hüquqları və biznes maraqları kobud şəkildə pozulub.

Əli isə məhkəmədə Ramin Quliyevin iddiasını qəbul etməyib. Belə ki, həmin yerin təmiri üçün 20 min manat xərclədiyini bildirib. İddiaçı ona 20 min manat ödədiyi təqdirdə ərazidən çıxacağını, əks halda isə məhkəmə iddiası qaldıracağını bəyan edib.

Məhkəmə, "Elmed Tibb Mərkəzi”nin qanuni təmsilçisi Ramin Quliyevin qəssaba qarşı iddiasını təmin edib və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qərar verilib.

Qeyd edək ki, Binəqədi rayonundakı "Elmed” klinikası Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyevə məxsusdur. Klinikanın direktoru isə onun qardaşı oğlu Ramin Quliyevdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see135

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see124

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see120

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see119

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see118

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see116

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see116

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see116

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see115

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see114

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see113

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see113

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri