Icma.az
close
up
RU
Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı AQTA bağladı Xəbər saytı Son xəbərlər və Hadisələr

Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı AQTA bağladı Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Binəqədi rayonunda yerləşən "Elmed" Tibb Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 28 m²-lik qəssabxana bağlanıb.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, klinikanın direktoru və qanuni təmsilçisi Ramin Quliyev sözügedən 28 m²-lik qeyri-yaşayış sahəsini qəssabxana kimi işlətmək üçün Əli adlı şəxsə icarəyə verib.

Əli həmin qəssabxanada əsaslı təmir işləri apararaq 20 min manat xərc çəkib. Ramin Quliyev isə bir müddət sonra Əlidən həmin ərazidən çıxmasını tələb edib. Əli klinika direktoruna çəkdiyi 20 min manat xərci ödəmədən ərazidən çıxmayacağını bildirib.

Nəhayət, Ramin Quliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib. AQTA-nın Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən ət satışı mağazasında yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkar edilib. Bununla əlaqədar olaraq cavabdehin fəaliyyətinə qadağa qoyulub.

Ramin Quliyev AQTA-nın bu qərarından yararlanaraq məhkəməyə müraciət edib.

O, iddia edib ki, ona məxsus olan 1338.7 m²-lik qeyri-yaşayış sahəsinin 40 m²-lik hissəsi Əli tərəfindən qanunsuz olaraq zəbt edilib. Bu ilin aprel ayında AQTA tərəfindən yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkarlanıb. O, dəfələrlə ərazinin boşaldılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymayıb və ərazini boşaltmayıb. Beləliklə, onun mülkiyyət hüquqları və biznes maraqları kobud şəkildə pozulub.

Əli isə məhkəmədə Ramin Quliyevin iddiasını qəbul etməyib. Belə ki, həmin yerin təmiri üçün 20 min manat xərclədiyini bildirib. İddiaçı ona 20 min manat ödədiyi təqdirdə ərazidən çıxacağını, əks halda isə məhkəmə iddiası qaldıracağını bəyan edib.

Məhkəmə, "Elmed" Tibb Mərkəzinin qanuni təmsilçisi Ramin Quliyevin qəssaba qarşı iddiasını təmin edib və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qərar verilib.

Qeyd edək ki, Binəqədi rayonundakı "Elmed" Tibb Mərkəzi Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyevə məxsusdur. Klinikanın direktoru isə onun qardaşı oğlu Ramin Quliyevdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri