Icma.az
close
up
RU
Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün seminar keçirilir FOTO

Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün seminar keçirilir FOTO

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün "Sərgilərdə İştirakın Səmərəliliyini Necə Artırmaq Olar" mövzusunda intensiv praktiki seminar keçirilir.

"APA-Economics" xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının idarə heyətinin sədri Fərid Məmmədov çıxış edib. Seminarda sərgi təşkilatçıları, stend qurucuları, ASTA-nın üzvləri və sponsor şirkətlərin nümayəndələri iştirak edirlər.

Artıq 6-cı dəfədir ki, baş tutan seminarın məqsədi sərgi təcrübəsini sistemləşdirərək iştirakçılara "özünə kənardan baxmaq" imkanı yaratmaq, sərgilərə hazırlıq zaman ən çox rast gəlinən səhv və stereotiplərdən qurtulmaqdır.

İntensiv praktiki seminarı 25 illik sərgi təcrübəsi olan və 10-dan çox ölkədə sərgi iştirakçılarına 1000-dən çox praktiki təlimlər keçmiş "EkspoEffekt" sərgi konsaltinq agentliyinin Baş direktoru Nikolay Karasev aparır. Təcrübəli mütəxəssis iştirakçılara real hallardan və nümunələrdən istifadə edərək, sərgilərdə effektivliyi artırmağın yollarını nümayiş etdirir. Seminar 2006-cı ildən bəri 25.000-dən çox iştirakçıya xidmət göstərib və yüksək loyallıq indeksi (NPS) ilə tövsiyə olunur, bu da iştirakçıları yenidən bu seminara qatılmağa təşviq edir.

İştirakçılar üçün təşkil edilmiş "Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar" mövzulu seminarda sərgi tədbirlərinin xüsusiyyətləri, iştirakçılar üçün tipik səhvlər və stereotiplər, sərgidə uğurun təməlini qurma yolları, sərgi stendinin düzgün təşkilatı, xidmət və məhsulların təqdimatı mövzuları müzakirə edilir.

Stend qurucularına həsr olunmuş “Sərgi stendlərini necə yaratmaq və satmaq olar” mövzulu seminarda isə müasir sərgi stendinin tələbləri, funksional zonaların təşkil edilməsi və məhsul təqdimatının optimallaşdırılması haqqında məlumatlar verilir.

Seminarda sərgi iştirakçıları öz uğur hekayələrini, sponsor şirkətlər isə uğurlu təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər.

Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) aktiv şəkildə tədbirlər təşkil edir və bu 2025-ci ildə keçirilən artıq ikinci tədbirdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri