Icma.az
close
up
RU
Bakıda sərgi sahəsinin peşəkarları üçün intensiv praktiki seminar keçiriləcək

Bakıda sərgi sahəsinin peşəkarları üçün intensiv praktiki seminar keçiriləcək

Icma.az bildirir, Apa.az portalına istinadən.

2025-ci ilin 24 fevral tarixində Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün "Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar" mövzusunda intensiv praktiki seminar keçiriləcək.

"APA-Economics" xəbər verir ki, seminar Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının təşkilatçılığı ilə “Radisson Hotel Baku” mehmanxanasında təşkil olunacaq. Təlimdə iştirakçılara sərgilərdə maksimal nəticələr əldə etməyin yolları göstəriləcək.

Artıq 6-cı dəfədir ki, baş tutacaq seminarın məqsədi sərgi təcrübəsini sistemləşdirərək iştirakçılara "özünə kənardan baxmaq" imkanı yaratmaq, sərgilərə hazırlıq zaman ən çox rast gəlinən səhv və stereotiplərdən qurtulmaqdır. Seminar yalnız praktiki xarakter daşıyır və konkret sərgi nümunələri üzərində müzakirələr aparılacaqdır.

İntensiv praktiki seminar 25 illik sərgi təcrübəsi olan və 10-dan çox ölkədə sərgi iştirakçılarına 1000-dən çox praktiki təlimlər keçmiş "EkspoEffekt" sərgi konsaltinq agentliyinin Baş direktoru Nikolay Karasev tərəfindən keçiriləcək. Təcrübəli mütəxəssis iştirakçılara real hallardan və nümunələrdən istifadə edərək, sərgilərdə effektivliyi artırmağın yollarını nümayiş etdirəcək. Seminar 2006-cı ildən bəri 25.000-dən çox iştirakçıya xidmət göstərib və yüksək loyallıq indeksi (NPS) ilə tövsiyə olunur, bu da iştirakçıları yenidən bu seminara qatılmağa təşviq edir.

İkihissəli təlimdə iştirakçılar üçün təşkil olunacaq "Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar" mövzulu seminarda sərgi tədbirlərinin xüsusiyyətləri, iştirakçılar üçün tipik səhvlər və stereotiplər, sərgidə uğurun təməlini qurma yolları, sərgi stendinin düzgün təşkilatı, xidmət və məhsulların təqdimatı mövzuları müzakirə ediləcək. İkinci hissədə isə sərgi komandası ilə bağlı işçilərin funksiyaları, xarici görünüş və davranış qaydaları, ziyarətçilərlə effektiv işin taktika və texnikaları, məhsul təqdimatının doğru üsulları, əlaqələrin işlənməsi və post-sərgi dövründə iştirakın qiymətləndirilməsi təqdim olunacaqdır.

Stend qurucuları üçün keçiriləcək “Sərgi stendlərini necə yaratmaq və satmaq olar” mövzulu seminarda isə müasir sərgi stendinin tələbləri, funksional zonaların təşkil edilməsi və məhsul təqdimatının optimallaşdırılması haqqında məlumat veriləcəkdir. Təlimdə, stendin kommunikativ funksiyası, ziyarətçilərin diqqətinin cəlb edilməsi, ekspodizayn tendensiyaları barədə praktiki məlumat təqdim olunacaq.

Hazırkı seminar sərgilərə qatılan və qatılmağı planlaşdıran, eləcə də stendlərin dizaynı və qurulması ilə məşğul olan şirkətlərin rəhbərlərinə, dizaynerlərə, layihə menecerlərinə, direktor və satış menecerlərinə tövsiyə olunur. İştirak etmək istəyən şəxslər təşkilatçılarla əlaqə saxlaya bilərlər.

Tədbirdə iştirak etmək istəyən şəxslər əlaqədar şəxsdən ətraflı məlumat əldə edə bilərlər: Əlaqə nömrəsi +994 77 277 71 51.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri