Bakıda sevgilisinin ərini bıçaqlayan müharibə iştirakçısına HÖKM OXUNDU
Icma.az, Lent az saytına istinadən bildirir.
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Kənan Məmmədzadəyə hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə əvvəlcə şahid ifadələri ilə davam edib.
Şahid Z.M ifadəsində keçmiş həyat yoldaşı Xəyal Ramazanov tərəfindən mütəmmadi olaraq işgəncəyə məruz qaldığını və döyüldüyünü bildirib:
"Nəinki mən, uşaqları da döyürdü. Bəhanəsi də o olurdu ki, səs-küyləri onun başını ağrıdır. Hamilə ola-ola şillə-təpiklə vururdu məni. Getməyə, qalmağa yerim yox idi, deyə dözüb qalmağa məcbur idim. Kənanla tanış olanda həyatın mənə bir şans verdiyini düşündüm. Hər gün döyülüb-söyülən bir qadın olaraq, qayğının, gözəl rəftarın, biri tərəfindən düşünülməyin necə bir hiss olduğunu onunla tanış olandan sonra anlamağa başladım. Evli bir qadın olaraq, bunun yaxşı olmadığını, suç olduğunu bilirdim. Dəfələrlə Xəyala boşanmaq istədiyimi desəm də, bunun heç vaxt olmayacağını deyirdi. Kənan mənim çəkdiklərimi, ailə həyatımın necə bir cəhənnəm olduğunu bilirdi. Hadisə baş verəndən bir gün qabaq Kənan yazdı ki, məni həkimə aparacaq, vədələşmişdik. Həmin gün Xəyal məni vəhşicəsinə döyməyə başladı, ağlayıb qışqırırdım ki, vurmasın. Kənanla həkimə gedəcəyimiz vaxt idi, telefondan da ard-arda mesaj səsləri gəlirdi. Xəyalın əlindən qurtulub telefona da baxa bilmirdim. Kənan yəqin məndən cavab çıxmadığına görə narahat olub evin qabağına kimi gəlmişdi, fəryadlarımı eşidibmiş ki, birdən onu evin içində gördüm. Kənan Xəyalın bıçağı boğazıma dirədiyini görəndə məni müdafiə etmək üçün Xəyalın üstünə atıldı, əlbəyaxa oldular".
Z.M- nin keçmiş həyat yoldaşı Xəyal Ramazanov "Yalandır, mən onu vurmamışam. Sadəcə geyindiyi paltarı bəyənmədiyimdən dəyişməsini istədim, o da etiraz etdi, mübahisə etdik" deyib.
Şahid A.S. hadisə günü qonşusunun evindən səs eşidib tez oraya getdiyini bildirib:
"Hadisə günü qonşudan səs-küy eşitdim.Tez onlara qaçdım, gördüm qapı açıqdır, keçdim içəri. Gördüm ki, Xəyal qan içindədir. Vəziyyətini görüb ona dedim ki, bizim evə getsin. Otağa keçəndə Kənanla qarşılaşdım, əlində bıçaq vardı. Kənan sakitcə çıxıb getdi".
R.A. Xəyal Ramazanovun anası olduğunu və təqsirləndiriləni tanımadığını bildirib:
"Mən artıq uzun müddətdir ki, oğlumun evində yaşamırdım. Bu qadın oğlumun evində məni qonaq kimi hiss etdirirdi, əlimi atıb bir qab-qacaq götürüb nə isə bişirə bilmirdim, gəlin imkan vermirdi. Oğluma bu qadını boşamasını desəm də, razı olmurdu. Xəyalla savaşan kimi gəlib məni təhqir edirdi. Məcbur qalıb gəlindən polisə şikayət elədim ki, evimdə yaşamaq istəyirəm, bu qadın imkan vermir. Evdəki səliqəsizlik baş alıb gedirdi. Gəlin elə vəziyyət yaratdı ki, mənim evdən getməkdən savayı əlacım qalmadı, gedib qadın gözəllik salonunda yatmağa bir bucaq tapıb yaşamağa başladım. Həmin gün qonşum zəng elədi ki, oğlun bıçaqlanıb. Dedim yəqin gəlin bıçaqlayıb. Qonşu onlara gedəndə, evdən bir oğlanın çıxdığını dedi. Bu evlilik oğlumun da, gəlinin də ikinci evliliyi idi. Mənim bu oğlana (Kənan Məmmədzadəni göstərir) da yazığım gəlir, müharibə iştirakçısı olub, od-alovun içindən çıxıb. İndi də bu qadın üzündən buradadır. Oğlum da, bu gənc də Z. M.-nin qurbanlarıdır".
Daha sonra məhkəmə tərkibi sənədlərin tədqiqi mərhələsinə başlayıb. Dövlət ittihamçısı çıxış edərək Kənan Məmmədzadənin 15 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qısa müşavirədən sonra məhkəmə Kənan Məmmədzadənin 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Xatırladaq ki, 29 may 2025-ci ildə Bakının Bayıl qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib. Kənan Məmmədzadə münaqişə zəmnində Xəyal Ramazanova bıçaqla xəsarət yetirib. Kənan Məmmədzadə Cinayət Məcəlləsinin 29, 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə) 29, 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 157.1 (Mənzil toxunulmazlığını pozma - Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















