Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42 ci ildönümü qeyd olunub FOTO
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42-ci ildönümünün qeyd olunması ilə bağlı tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə deputatlar, diplomatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri və digər şəxslər iştirak edib.
Mərasim Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsində həyatını itirən türk hərbçilərin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra isə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra isə Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer və Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin çıxışları olub.
Natiqlər Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında əlaqələrin inkişaf dinamikasından, görülən işlərdən və gələcək perspektivlərdən danışıblar.
Cavanşir Feyziyev və Ufuk Turganer ölkələrimiz arasında əməkdaşlığın gələcəkdə daha da irəli aparılması ilə bağlı əminliklərini ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 Noyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















