Icma.az
close
up
RU
Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41ci ildönümü münasibətilə tədbir keçirilib AZƏRTAC

Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41ci ildönümü münasibətilə tədbir keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 41-ci ildönümü münasibətilə noyabrın 28-də Bakıda tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer ölkəmizin beynəlxalq COP29 iqlim konfransına yüksək səviyyəli ev sahibliyi etməsi münasibətilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib. O, böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. Ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

"Prezident İlham Əliyevin Türk dünyasından başqa ailəmiz yoxdur sözü bizim üçün yol xəritəsidir və bu yolda işləmək bizim böyük vəzifəmiz və məsuliyyətimizdir. Bu il ərzində parlamentlərimiz arasında dostluq qruplarının yaradılması Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinin ən güclü sübutudur.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, ticarət, turizm, ali təhsil sahəsində əməkdaşlığın inkişafı üçün nümayəndə heyətlərimiz il ərzində bir çox görüşlər keçirib", - deyə Turganer vurğulayıb.

Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev deyib: "Kipr Türk Respublikasının quruluş günü kimi qeyd etdiyimiz 1983-cü ilin 15 noyabr günü həmin illərin siyasi çaxnaşmaları içərisində öz milli kimliyini qorumağa və müstəqilliyini qazanmağa çalışan Kipr türklərinin tarixində mühüm dönüş nöqtəsi olub. O gündən sonra qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, Kıbrıs türkləri öz ata-baba yurdlarında sülh və əmin-amanlığa nail olaraq, müstəqillik yoluna qətiyyətlə davam edirlər".

Deputat bildirib ki, bir vaxtlar soyqırımı və köçkünlük təhlükəsi ilə üzləşmiş Kipr türkləri ortaq dəyərləri və türk kimliyinə dərin bağlılığı ilə hər zaman böyük Türk dünyasının ayrılmaz parçası olublar. Bu baxımdan Azərbaycan Şimali Kipr və Mərkəzi Asiya dövlətləri arasında dialoqun təşviqində, siyasi və iqtisadi boşluqların aradan qaldırılmasında mühüm rol oynamaqdadır. Azərbaycan Respublikası türk dövlətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardımların göstərilməsi ilə türk birliyinin möhkəmlənməsinə hər zaman töhfə verib və bu prinsiplər bu gün də ölkəmizin xarici siyasətində prioritet olaraq qalır.

Deputat vurğulayıb ki, son illər sürətlə genişlənən ikitərəfli əlaqələrimiz müxtəlif sahələrə, o cümlədən təhsilə mühüm töhfələr verməkdədir. Hazırda 1000-ə yaxın azərbaycanlı tələbə Şimali Kiprin müasir beynəlxalq standartlara cavab verən universitetlərində təhsillərini davam etdirir və eyni zamanda bir çox azərbaycanlı təhsil işçisi ölkənin akademik müəssisələrində uğurla çalışır. Qarşıdakı illərdə professor-müəllim heyətlərinin mübadiləsi nəzərdə tutulur ki, bu da münasibətlərimizin daha da dərinləşməsinə təkan verəcək.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri