Bakıda sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda orta məktəbdə sinif yoldaşını üzərinə tezalışan maddə tökərək yandırmaqda təqsirləndirilən 2010-cu il təvəllüdlü T.Təhməzovun barəsində başlanılmış cinayət işində ittiham ağırlaşdırılıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılsa da sonradan ittiham Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsinə dəyişdirilib.
Hazırda faktla bağlı cinayət işinin istintaqı dəyişdirilib.
Xatırladaq ki, hadisə bu il aprelin 20-də Bakıdakı 286 saylı orta məktəbdə 9-cu siniflərin birində dərs zamanı baş verib. Təhsil müəssisəsinin 9-cu sinif şagirdi T.Təhməzov sinif yoldaşı M.Vəliyevlə mübahisə edib. Mübahisədən sonra Təhməzov özü ilə gətirdiyi plastik qabda olan tezalışan maddəni (spirt - red.) Vəliyevin üzərinə tökərək ona od vurub. Hadisə nəticəsində M.Vəliyev ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Şagirdin vəziyyəti ağır olduğundan o, Türkiyədəki klinikalardan birinə köçürülüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Təhməzov saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 03 Noyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















