Icma.az
close
up
RU
Bakıda şok cinayət Tualet üçün girdiyi evdən boyunbağı oğurladı

Bakıda şok cinayət Tualet üçün girdiyi evdən boyunbağı oğurladı

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Səbail rayonunun Bayıl qəsəbəsində qeyri-adi oğurluq olub.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, 22 yaşlı Qurban Babayev (ad və soyad şərtidir) küçədə sərxoş halda gəzərkən qəfil qarın ağrısı tutub və o, təbii ehtiyacını ödəməyə yer axtarıb. Evlərdən birinin qapısında açarı üzərində olan qıfıl görüb. Həmin evdə isə adı məlum olmayan qadın tək yaşayırmış. O, rahatca evə daxil olub təbii ehtiyacını bitirəndən sonra, 400 manat dəyərində olan qızıl boyunbağını da götürərək aradan çıxıb.
Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış yerinə, binaya və s. qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən Qurban Babayev ifadəsində bildirib ki, həmin gecə restoranda dostları ilə birgə spirtli içki qəbul edərək, sərxoş olub. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmişə vurduğu ziyanı tam ödədiyini deyib. Həmçinin Qurban məhkəmədən tələbə olmasını da nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkən şəxs isə deyib ki, səhər saat 5 radələrində evə kiminsə daxil olduğunu hiss etsə də, qorxusundan səsini çıxarmayıb:
“Həmin şəxs evdə axtarış apardı. O, bir müddət evdə qalandan sonra telefonuna zəng gəldi və mənzildən çıxıb getdi. Sonra qızıl yerinə baxanda gördüm ki, 400 manat dəyərində qızıl qolbağım və boyunbağım yoxdur. Atamın sözü ilə polisə şikayət etdim. Lakin sonradan dəyən ziyan tam ödənildi”.
Zərərçəkən qadın təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və məhkəmədən onun barəsində yüngül cəza verilməsini istəyib.
Səbail rayon Məhkəməsinin qərarı ilə Qurban Babayev barəsində 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri