Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Bizim media saytına istinadən Icma.az xəbər verir.
2026-cı ilin oktyabr ayında Azərbaycanda inflyasiya sentyabr ayı ilə müqayisədə 0,3 faiz təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Oktyabr ayında illik inflyasiya 5,2 faiz olub.
Statistikaya əsasən, cari ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymət indeksi sentyabr ayı ilə müqayisədə 100,6 faiz təşkil edib. 2025-ci ilin oktyabr ayı ilə müqayisədə isə bu göstərici 106,7 faiz olub.
Qeyri-ərzaq məhsullarının qiymət indeksi 100,2 faiz (illik müqayisədə 103,4 faiz), əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksi isə 100,1 faiz (104,7 faiz) təşkil edib.
Oktyabr ayında ən yüksək bahalaşma yumurtanın qiymətində qeydə alınıb. Belə ki, yumurta 4,6 faiz bahalaşıb.
Bundan başqa, çörək və çörək məmulatları 0,1 faiz, ət və ət məhsulları 1,7 faiz, balıq və balıq məhsulları 0,2 faiz, süd və süd məhsulları 0,3 faiz, tərəvəzlər 2,9 faiz, çay, qəhvə və kakao 0,2 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,5 faiz, spirtli içkilər isə 0,1 faiz bahalaşıb.
Eyni zamanda, oktyabr ayında kərə və bitki yağlarının qiymətində 0,1 faiz, meyvələrin qiymətində isə 3,2 faiz ucuzlaşma qeydə alınıb.
Ötən ay şəkər, mürəbbə, bal, şokolad və konfetlərin, eləcə də tütün məmulatlarının qiymətləri dəyişməyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 Noyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















